\"Facebook\" tarixinin ən böyük düşüşünü yaşayır - İstifadəçilər sürətlə hesablarını silirlər

\
Bu ay "Facebook" şirkəti məşhur sosial şəbəkənin 50 milyon istifadəçi məlumatından qanunsuz şəkildə istifadə olunması hadisəsi ilə bağlı böyük qalmaqalın mərkəzində oldu. 19 Mart tarixində məlum oldu ki, "Cambridge Analytica" adlı analitik şirkət istifadəçilərin razılığı olmadan onların məlumatlarını əldə edib və həmin məlumatları Donald Trampın seçkiqabağı kampaniyasının effektiv siyasi reklamını yaratmaq üçün istifadə edib. "Facebook" bu məlumat sızıntısından çox güman ki, xəbərdar idi. Lakin onun qarşısını almaq üçün heç bir tədbir görmədi. Son bir neçə gün ərzində şirkətin səhmləri aşağı düşür, ABŞ və Avropa hökumətləri isə bu hadisə ilə bağlı istintaq aparırlar.

"Cambridge Analytica" 50 milyon Facebook istifadəçisinin məlumatlarını necə əldə edib?

"Cambridge Analytica" İngiltərənin analitik şirkətidir. O, siyasi partiyalarla çalışır və sosial şəbəkələrin kütlələrinin davranışlarına təsir etməkdə həmin siyasi partiyalara köməklik edir. Şirkət mütəxəssisləri istifadəçilərin davranışlarını analiz edirlər və sifarişçinin ismarışını insanlara çatdırmaq üçün həmin analizlər əsasında siyasi reklam yaradaraq onu inkişaf etdirirlər. Şirkət 2013-cü ildə təsis edilib. ABŞ-dan olan 50 milyon "Facebook" istifadəçisinin məlumatlarını "Cambridge Analytica" şirkəti Kembric Universitetinin professoru Aleksandr Kogan-dan alıb. Guya 2014-ci ildə o, tədqiqat məqsədli thisisyourdigitallife adlı tətbiq yaradıb. Həmin tətbiqdə Facebook vasitəsilə qeydiyyatdan keçən zaman mükafat qismində psixoloji testdən keçmək imkanı yaranırdı. Beləliklə tətbiq istifadəçilərin və onların dostlarının səhifələrindəki məlumatları əldə edirdi. Nəticədə tətbiqdə 270.000 insan qeydiyyatdan keçdi. Bu üsulla Kogan 50 milyon insanın məlumatlarını əldə etdi.

2015-ci ildə Facebook aşkar etdi ki, Kogan qanunu pozub. Sosial şəbəkə istifadəçilər və onların dostları haqqında məlumatların yığılmasına yalnız o halda icazə verir ki, həmin məlumatlar tətbiq sahibində qalsın və üçüncü şəxslərə təqdim edilməsin. "Facebook"un verdiyi bəyanatda qeyd olunub ki, Kogan həmin məlumatları "Cambridge Analytica" və "Eunoia Technologies" şirkətlərinə ötürüb.

"Biz bunu aşkar edəndən sonra Kogan-ın tətbiqi Facebook-dan silindi. Daha sonra biz hər 3 tərəfdən sözügedən məlumatların silinməsini tələb etdik. Cambridge Analytica, Kogan və Eunoia Technologies-dən olan Christopher Wylie bizi inandırdılar ki, onlar həqiqətən də məlumatları siliblər” – deyə Facebook bildirib.

 Cambridge Analytica şirkətinin məlumatına əsasən o, 2015-ci ildəki sorğu əsasında həmin məlumatları pozub. Şirkət təmsilçisi bildirib ki, şirkət istifadəçi məlumatlarından 2016-cı ildə prezident Donald Trump-ın seçkiqabağı kampaniyasında istifadə etməyib. Məlumata əsasən sonradan Trump-ın komandası sözügedən şirkətin qeyri-effektivliyini anlayaraq onun xidmətlərindən imtina edib. Lakin şirkətin özünün fikrincə o. Donald Trump-ın seçkilərdə qalib gəlməsində əsas rolu oynayıb. Facebook şirkətinin keçmiş əməkdaşı Sandy Parakilas bildirib ki, sızıntı daha irimiqyaslı olub və 2007-2014-cü illər arası yüz milyonlarla sosial şəbəkə istifadəçisi məlumatlarını əhatə edir. Onun sözlərinə əsasən sosial şəbəkənin sistemində ciddi boşluq var idi və bu boşluq sayəsində üçüncü tərəflər istifadəçilərin də xəbəri olmadan onların məlumatlarını əldə edə bilirdilər. Parakilas-ın sözlərinə əsasən Facebook bundan xəbərdar olsa da heç bir tədbir görmürdü.

20 Mart tarixində Cambridge Analytica şirkətinin CEO-su Alexander Nix şirkət idarəetməsindən kənarlaşdırıldı. Buna səbəb isə Channel 4 News telekanalının videosüjeti oldu. Həmin videosüjetdə gizli çəkiliş təqdim olunmuşdu. Sözügedən çəkilişdə isə Alexander Nix istənilən ölkənin seçki proseslərinə müdaxilə etmək imkanlarından danışırdı. Sözügedən qalmaqal Facebook-un nüfuzuna və bazar qiymətinə ciddi zərbə vurdu. 19 Mart tarixində birjalardakı hərracların bağlanışında Facebook-un səhmləri 7% aşağı düşdü. Şirkətin CEO-su Mark Zuckerberg-in sərvəti isə 6 milyard dollar aşağı düşdü. 20 Mart tarixindəki hərracların nəticələrinə əsasən isə onun özəl kapitalı 9 milyard dollar təşkil etdi. 21 Mart tarixində Facebook 60 milyard dollar bazar qiyməti itirdi. Bu göstərici isə Tesla şirkətinin bazar qiymətindən (52 milyard dollar) çoxdur.

Bu, Facebook-un 2012-ci ildə IPO-ya çıxması müddətindən ən böyük düşüşdür. 20 Mart tarixində hərracların bağlanışı zamanı şirkətin bir səhminin qiyməti 168.15$, şirkətin bazar qiyməti isə 488.5 milyard dollar təşkil etdi. 21 Mart tarixinə əsasən Bloomberg Zuckerberg-in şəxsi sərvətini 68.6 milyard dollar dəyərində qiymətləndirib. Bu iki gün ərzində Zuckerberg Bloomberg Billionaires Index retinqində 4-cü yerdən 5-ci yerə düşüb. Onun 6-cı və hətta 7-ci yerə düşməsi ehtimalı da var. 20 Mart tarixində Facebook şirkətinin səhmdarı Fan Yuan San Fransisko-nun federal məhkəməsinə investorlar qrupu (onların sayları məlum deyil) adından Facebook-u məhkəməyə verib. Fan Yuan 3 Fevral 2017-ci il tarixindən 19 Mart 2018-ci il tarixinədək şirkət səhmlərini alırdı. Öz məhkəmə iddiasında o bildirib ki, Facebook şirkət siyasəti barəsində yalan bəyanatlar verib və üçüncü şəxslərin istifadəçilərin də xəbəri olmadan milyonlarla insanların məlumatlarını əldə etmələrinə şərait yaradıb.ABŞ-ın ticarət üzrə federal komissiyası öz yoxlanışına start verib. Qayda üzrə sosial şəbəkə istifadəçilərə onların məlumatlarının üçüncü şəxslərə verildiyi barəsində xəbər verməli idi. Əgər komissiya nəticəyə gəlsə ki, şirkət bu qaydanı pozub, onda şirkəti milyonlarla dollar dəyərində cərimə gözləyir. Özəl istintaqı həmçinin Nyu York, Massaçusets və Konnektikut ştatlarının general prokurorları da keçirtmək niyyətindədirlər. Senatorlar Zuckerberg-i ABŞ Konqressi qarşısında çıxış etməyə və ondan Facebook-un ABŞ-dakı seçkilərə necə təsir göstərməsi ilə sosial şəbəkənin öz istifadəçilərini necə qoruyacağı haqqında danışmağa çağırırlar. Zuckerberg-i həmçinin Avropa Parlamentinə də dəvət ediblər. Orda Zuckerberg 500 milyon avropalının təmsilçilərinə onların şəxsi məlumatlarının demokratiya manipulyasiyasında istifadə olunmadığı barəsində danışmalıdır.

50 milyon Facebook istifadəçisinin məlumat sızıntısı xəbərindən sonra Twitter-də #DeleteFacebook hashtag-ı məşhurlaşmağa başladı. İnsanlar onların şəxsi məlumatlarını qorumağa qadir olmayan sosial şəbəkədən imtina etməyə çağırırlar. Bu kampaniyanı həmçinin WhatsApp-ın həmtəsisçisi Brian Acton da dəstəkləyib. Qeyd etmək lazımdır ki, Brian Acton 2017-ci ildə Facebook-u tərk etmişdi. Onu da qeyd etmək lazımdır ki, Facebook-un aylıq kütləsi 2 milyard insandan çoxdur. Qərbdən olan bir sıra kütləvi informasiya vasitələri isə Facebook hesabının necə deaktiv olunması barəsində məqalələr yazıblar. İstifadəçi öz hesabını deaktiv etsə də onun məlumatları Facebook-da qalacaq. Məlumatların və hesabın tamamilə silinməsi üçün isə istifadəçi Facebook administrasiyası ilə əlaqə saxlamalıdır. Mark Zuckerberg sözügedən məsələ ilə bağlı öz ilk rəyini bildirib. O qeyd edib ki, şirkət üçüncü şəxslərin istifadəçi məlumatlarını əldə etmələrinin qarşısını almaq üçün hələ 2014-cü ildə lazımi təhlükəsizlik tədbirlərini görüb.

 "Biz sizin məlumatlarınızın təhlükəsizliyi üzrə məsuliyyət daşıyırıq və əgər biz həmin məlumatları qoruya bilmiriksə deməli biz sizə xidmət göstərməyə layiq deyilik. Mən bunun necə baş verdiyini və gələcəkdə belə bir hadisənin birdə baş verməyəcəyinə əmin olmaq üçün çalışırdım. Yaxşı xəbər ondan ibarətdir ki, bu cür hadisənin təkrarlanmaması üçün lazımi tədbirləri biz hələ bir neçə il bundan öncə görmüşük. Lakin bununla yanaşı biz səhvlərə də yol vermişik. Həmin vaxtda bizim platformamızın necə çalışdığını nəzərə alsaq, Kogan, istifadəçilərin və onların dostlarının məlumatlarını əldə etmək imkanına sahib idi. 2015-ci ildə biz The Guardian jurnalistlərindən öyrəndik ki, Kogan öz tətbiqi vasitəsilə əldə etdiyi məlumatları Cambridge Analytica şirkətinə ötürüb. Bu bizim qaydalara ziddir. Buna görə də biz dərhal Kogan-ın tətbiqini öz platformamızda qadağan etdik və əldə olunmuş məlumatların silinməsini Kogan ilə Cambridge Analytica-dan tələb etdik. Onlar bunun təsdiq olunması üzrə sertifikatları təqdim etmişdilər. Əgər biz istifadəçilərin özəl məlumatlarından suistifadə etmiş tərtibatçıların tətbiqlərini tapsaq biz bu barədə istifadəçilərə mütləq xəbər verəcəyik. Bu həmçinin Kogan-ın, məlumatlarını suistifadə etdiyi insanlara da aiddir” – deyə Mark Zuckerberg bildirib.(technote.az0

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...