“Facebook” möhtəşəm layihəsini işə saldı

“Facebook” möhtəşəm layihəsini işə saldı

"Facebook” şirkəti Yer kürəsinin bütün guşələrini internetlə təmin edəcək yeni layihəni işə salıb.



Sfera.az bildirir ki, şirkət yeni simsiz rabitə sistemi hazırlayıb. "OpenCellar” adlanan qurğu planetin istənilən guşəsində şəbəkəyə çıxış nöqtəsi yaratmaqla bir sıra üstünlüklərə malikdir. Məsələn, qurğu lokal şəbəkənin yaradılmasından tutmuş, "2G” və "LTE” kimi şəbəkələrə çıxış kimi geniş kommunikasiya imkanlarına malikdir.

"OpenCellar” qurğusunun əsas fərqləndirici cəhəti onun lazımi yenilənmə və yoxlama proqram təminatı ilə yanaşı, rabitə operatorlarına, sahibkar və avadanlıq istehsalçılarına platforma əsasında lokal şəbəkə yaradaraq, onu sazlamağa və uğurlu tətbiqinə imkan verən açıq texniki və başlanğıc şəbəkə kodlarına malik olmasındadır.

"Facebook” və "Telecom Infra Project” (TIP) şirkətləri birlikdə gələcəkdə platformanı təkmilləşdirməyə kömək edəcək şəbəkə texnologiyaları ətrafında böyük birlik yaradaraq onu inkişaf etdirmək niyyətindədir.

Qeyd olunub ki, 2015-ci ilin sonunda 4 milyarddan çox insan internetə qoşulmaq imkanından məhrum olub, Yer kürəsi əhalisinin 10 faizi isə mobil rabitə şəbəkəsinin əhatə dairəsindən kənarda qalıb. "Facebook” qurğuların ucuzluğu və komplekt hissələrini hər yerdə əldə etməyin mümkünlüyü sayəsində bu problemi həll etmək niyyətindədir.

 

 

İctnews.az //

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...