\"Facebook\" bu hesabları sildi
15:55 / 14.05.2019
2339
Dünyanın ən nəhəng sosial şəbəkəsi olan "Facebook" qarşıdan gələn Avropa Parlamenti (AP) seçkilərinə görə, seçkiqabağı yalan xəbər yayan hesabları silib. Silinən hesabların çoxu İtaliyadadır.
Bu barədə "Facebook" açıqlama verib.
Açıqlamada deyilir: "Etibarlılıq siyasətimizi pozan saxta və yalan xəbərlər paylaşan hesabları sildik". Bu çərçivədə 3 milyona yaxın izləyicisi olan 23 saxta hesab silinib.
Qeyd edək ki, 23-26 may tarixində keçiriləcək səsvermədə 374 milyon vətəndaş iştirak edəcək.Yeniavaz