Dünya

F-35 təyyarələrinin Türkiyəyə veriləcəyi tarix bəlli oldu

F-35 təyyarələrinin Türkiyəyə veriləcəyi tarix bəlli oldu
ABŞ-ın "Defence News” saytının verdiyi məlumata görə, F-35 təyyarələrinin Türkiyəyə verilməsi ilə bağlı ABŞ Konqresində müxalif fikirlər səslənsə də, təyyarələrin 21 iyunda təhvil verilməsi gözlənilir.

Sfera.az xəbər verir ki, F-35 təyyarələrini istehsal edən "Lockheed Martin” şirkətinin mətbuat üzrə nümayəndəsi Konqresdəki vəziyyətə baxmayaraq, təhvilin 21 iyuna planlaşdırıldığını deyib.

Qeyd edək ki, ABŞ Konqresindəki bəzi senatorlar Türkiyəyə F-35 təyyarələrinin satılmasına qarşı çıxır. Konqresmenlər buna əsas kimi Türkiyənin Rusiyadan S-400 müdafiə sistemləri almasını misal göstərir.
 
Rəsul
Sfera.az


AdRiver

XƏBƏR LENTİ