“Əzrayılın önünə keçərəm ki, ona dəyməsin” - İlqarə

“Əzrayılın önünə keçərəm ki, ona dəyməsin” - İlqarə
 

"Biz evlənəndə az qala bütün bəşəriyyət buna qarşı idi, hətta təbiət də etirazını bildirib, dizə qədər qar yağdırmışdı. Düzdür, o vaxt Tanrı bizi ağ gül yağışı ilə təbrik edir demişdim".

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa İlqarə Tostka həyat yoldaşı, Əməkdar artist Ayşad Məmmədov haqda yazıb.

O, zamanında aktyorla evləndiyi üçün xoşbəxt olduğunu dilə gətirib:

"Hər iki tərəf narazı olduğu üçün çox çətinliklərdən keçdik və o zamanadək demək olar ki, heç bir çətinlik görməmiş, gənc qadın, ana üçün bu ağır bir sınaq idi. Kasıb yaşadıq, heç indi də dövlətli deyilik. Övladlarıma o vaxtkı düzgün seçimimlə necə böyük sərvət bəxş etdiyimi həmişə bilmişəm, bu günlərdə isə bir daha dərk etdim. Bizim atamız nadir nüsxədir və əzrayıl gələrsə, düşünmədən önə keçə bilərəm ki, ona dəyməsin".

 

Qeyd edək ki, cütlük 26 ildir evlidir. Onların iki qız övladı var.


OXŞAR XƏBƏRLƏR

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir.   Sfera.az xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.   S...

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Şamaxı rayonunda İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün zərərli vərdişlərin f...

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

“Artıq Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması prosesinə başlanılıb. Heç şübhəsiz ki, üçtərəfli sənəddə “müvəqqəti” şərtinin qoyulmas...

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyidən məlumat verilib....

ABŞ və Rusiya QARŞI-QARŞIYA: “Tərəflər bir-birini ittiham edir, əslində isə..” 

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etib...

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq ƏLDƏ ETDİLƏR

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi ha...