Əzrail kimləri hoteldə yaxaladı? - Azərbaycanda
12:45 / 16.04.2018
2622
Ötən gün 120 saylı Qubadlı-Cəbrayıl DSK-dan deputat seçilmuş deputatı Astan Şahverdiyev aprelin 15-i səhər saat 8 radələrində Qusarda dincəldiyi istirahət mərkəzində, hoteldə dünyasını dəyişib.
Məlumata görə, o hadisədən bir gün əvvəl Misirxan adlı dostu ilə Qusara gəlib və yenicə fəaliyyətə başlamış "Şato" adlı istirahət mərkəzində qalıb. Paytaxtdakı ali məktəblərin birinin müəllimi olan Mehdixan səhər saat 07:00 radələrində dostunu səhər yeməyinə dəvət etmək üçün otağının qapısını döyüb. Bu zaman Astan Şahverdiyev dostuna özünü pis hiss etdiyini deyib. Dərhal təcil yardım çağrılıb və həkim briqadası tez istirahət mərkəzinə gəlib. Amma təcili yardım gələnədək Milli Məclisin üzvü keçinib.
Hoteldə baş verən bu ölüm isə ilk hal deyil. Bundan öncə də yerli mediada dəfələrlə hoteldə baş verən ölüm halları haqda məlumat vermişdik. Bir neçəsinə yenidən nəzər salaq:
Ötən ilin yanvarın 8-də Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib. Məlumata görə, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən "Ariva” hotelinin 311 nömrəli otağında baş verib. Ölən turist 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olub.
2013-cü ilin avqustunda isə Azərbaycanın Almaniyadakı səfirliyinin ikinci katibi Tural Qurbanov hotellərin birində dünyasını dəyişib.
Atası Habil Qurbanov oğlunun ölümü haqda danışaraq ailələrinin bu xəbərdən böyük sarsıntı keçirdiyini deyib. O, Turalın hoteldə yatdığı yerdə, səhərə yaxın dünyasını dəyişdiyi açıqlayıb.
Nigar Məhərrəm
Sfera.az