Sağlıq

Eynəkli insanlar üçün ŞAD XƏBƏR - Bu xəstəliklərə yaxalanmaq riskiniz azdır

Eynəkli insanlar üçün ŞAD XƏBƏR - Bu xəstəliklərə yaxalanmaq riskiniz azdır
İsveç elm adamları eynəkdən istifadə ilə yüksək intellekt arasında əlaqənin ola biləcəyini ortaya çıxarıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Edinburq universitetinin alimləri cəmiyyət arasında yayılmış "Eynəkli adamlar ağıllı olur” stereotipinin elmi cəhətdən nə qədər doğru olduğunu sübut etmək üçün araşdırma aparıblar.

16 və 102 yaş arası 300 mindən çox insanın zehni və dərketmə qabiliyyəti ilə bağlı məlumatlar əsasında təhlillər aparılıb. Araşdırma nəticəsində funksional idrak, görmə problemləri, yüksək təzyiq və uzun ömür kimi sağlamlıq göstəricilərinin bir-birilə uyğunluq təşkil etdiyi müəyyən olunub.

Daha yüksək intellektə sahib iştirakçıların genləri təhlil edildikdə 30%-in eynək istifadə etməyə məcbur olduğu ortaya çıxıb.

Yüksək intellekt görmə problemləri ilə yanaşı sağlamlıq üçün bəzi üstünlüklərə də şərait yaradır. Tədqiqatçılar eynək taxan insanların ağciyər xərçəngi depressiya, ürək spazması kimi sağlamlıq problemləri ilə daha az qarşışlaşdıqlarını müşahidə ediblər.

Alimlər Edinburq Universitetində aparılan tədqiqatın nəticəsində əldə edilən əlaqələrin qəti nəticə ifadə etmədiyini, zəkanı formalaşdıran şeyin ölçülməsinin imkansız olmasa da, çox çətin olduğunu qeyd ediblər.

AdRiver

XƏBƏR LENTİ