İqtİsadİyyat

“Expressbank”ın İdarə Heyətində dəyişiklik

“Expressbank”ın İdarə Heyətində dəyişiklik
 

"Expressbank” ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik edilib. Belə ki, Bankın İdarə Heyətinin sədri İlham Həbibullayev öz istəyi ilə vəzifəsindən ayrılmışdır. "Expressbank”ın Müşahidə Şurasının qərarına əsasən Bankın İdarə Heyəti sədrinin səlahiyyətləri İdarə Heyəti sədrinin müavini Mehman Məmmədova həvalə olunmuşdur.

Mehman Məmmədov Azərbaycan İnşaat Mühəndisləri Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 24 illik bank təcrübəsi olan Mehman Məmmədov 2012-ci ildən "Expressbank”da Kredit departamentinin direktoru vəzifəsində işləyib. 2017-ci ildən İdarə Heyətinin üzvü, 2018-ci ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Fitch Rating beynəlxalq reytinq agentliyi "Expressbank”ın reytinqini "B” səviyyəli "stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Pərakəndə və biznes bankçılıq sahəsində geniş məhsul çeşidi və xidmətlər göstərən "Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031