Expressbank-dan talassemiyalı uşaqlara dəstək

Expressbank-dan talassemiyalı uşaqlara dəstək
Expressbank-ın rəhbərliyi və əməkdaşları daimi ənənələrinə sadiq qalaraq növbəti qanvermə aksiyasını keçirmişlər.
 
12 Mart 2019- cu il Express İnkişaf Mərkəzində baş tutan aksiya qan xəstəliyindən əziyyət çəkən uşaqlara könüllü və təmənnasız kömək məqsədi ilə təşkil edilib. Azərbaycan Talassemiya Federasiyası və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə ölkədə mütəmadi olaraq təşkil edilən aksiyada bankın 40 əməkdaşı könüllü qan verib.
 
Qeyd edək ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Talassemiyasız həyat naminə” proqramına start verilib. Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı qanvermə aksiyalarından asılıdır. Korporativ sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank daima xeyriyyə tədbirlərinin təşkili və dəstəyini gündəmdə saxlayır.
 
Xatırladaq ki, Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...

Dünya ölkələrinin hərbi xərcləri: Hansı dövlət nə qədər pul ayırır? - RƏQƏMLƏR

2023-cü ildə bütün dünya ölkələrinin hərbi xərcləri 2,44 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir.   Sfera.az xəbər verir ki, bu...

Malıbəylidə kütləvi məzarlıq AŞKAR EDİLDİ - FOTO

Malıbəylidə ən azı 6 nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Əsir...

Zərdabda moped, Salyanda avtomobil YANDI

Zərdabda moped, Salyanda isə avtomobil yanıb.   Sfera.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Zərdabda"Orbit" ...

Elmira Süleymanova VƏFAT ETDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.   Sfera.az xəbər verir ki, o, 87 yaşında dünyasını də...

Alen Simonyan: "İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spiker...