“Express maarifləndirmə” layihəsinin “gənc bankirlər”i məzun oldu - VİDEO

“Express maarifləndirmə” layihəsinin “gənc bankirlər”i məzun oldu - VİDEO

Gənc nəslin inkişafı üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdıran, ölkənin aparıcı banklarından olan Expressbank, Express maarifləndirmə layihəsi çərçivəsində iyul ayında məktəblilər üçün təlimlər təşkil edib. Yay məktəbi çərçivəsində ADA universitetinin dəstəyi ilə reallaşdırılan 3 günlük təlimlər şəhərin müxtəlif məktəblərindən seçilən 44 nəfər gənc iştirakçını bir araya gətirib.   

ADA-Avropa İttifaqının birgə təşəbbüsü ilə artıq 4-cü ildir ki, 11-15 yaş arası məktəblilər üçün təşkil edilən "Yay düşərgəsi” bu il "Sahibkarlıq və bankçılıq” mövzusunda təlimləri Expressbank-la birlikdə "Gənc bankir” şüarı altında təşkil edib. Təlimlər müddətində gənc iştirakçılar bankın peşəkar mütəxəssisləri ilə birlikdə öyrənməklə yanaşı əyləncəli saatlar keçirərək həm də faydalı məlumatlar əldə ediblər. 

İştirakçılar təlimlərdə hər günün mövzusuna uyğun təqdimatlar və öyrədici videoçarxlar izləyib, mövzuların mənimsənilməsi məqsədilə Expressbank-ın filiallarında olublar. Onlar burada peşəkar bank işçiləri ilə görüşüb, bank xidmətləri və məhsullar barədə suallarını ünvanlayaraq yeni biliklərə sahib olublar. 

İştirakçılar həmçinin Bank kartları və bankomat, Keyfiyyətə nəzarət və müştəri məmnuniyyəti, Kiber təhlükəsizlik, Gənc Bankir, Emosional zəka, Rəqəmsal bankçılıq, Hüquq, İctimaiyyətlə əlaqələrin rolu, Bank məhsulları və bir çox mövzu üzrə informativ sessiyalarda aktiv iştirak ediblər. Görüşlərin sonuncu günü gənc iştirakçılar Expressbank-ın Müşahidə Şurasının üzvü Vaqif Davudov ilə görüşüblər. Vaqif Davudov 25 ildən artıq bank sahəsində topladığı zəngin təcrübə və biliklərini iştirakçılarla bölüşüb. Həmçinin gənclərə gələcəkdə həyatlarında faydalı ola biləcək məsləhətlər verərək onların öyrənmək həvəsi ilə ünvanladıqları sualları da cavablandırıb. 

Üç günlük təlim və seminarların sonunda iştirakçılar "Gənc bankir” sertifikatı ilə təltif edilərək Express İnkişaf Mərkəzinin ən gənc məzunlarına çevriliblər. 

Qeyd edək ki, Expressbank-ın nəzdində fəaliyyət göstərən "Express maarifləndirmə” layihəsinin əsas hədəfi keyfiyyətli və tədris sahəsində ehtiyacları qarşılayan mərkəzə çevrilmək və potensialı olan gənclərin bank sahəsində təcrübə əldə edərək gələcəkdə daha böyük uğurlara nail olmalarına zəmin yaratmaqdır. Cari ilin ilk altı ayında layihə çərçivəsində 300 tələbə məzun olaraq müxtəlif bank biliklərinə yiyələniblər. Təlimlər hər ay müxtəlif mövzuda təşkil edilir. İştirak etmək istəyənlər elanları Expressbank-ın Express Karyera "Facebook” səhifəsindən izləyə və cv-lərini [email protected] elektron ünvana göndərə bilərlər.




OXŞAR XƏBƏRLƏR

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...