"Əxlaq naqisliyi olan müəllimlərin və direktorların məktəblərdə kök atması yolverilməzdir"

"Cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir. Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birini təşkil edir. Özümüzü statistik rəqəmlərlə aldatmayaq, bu sahədə Azərbaycan bəlkə də ən nəzarətsiz ölkələrdən biridir. Müvafiq dövlət qurumlarının məsələyə müdaxiləsi ancaq hansısa təsadüfi video paylaşımlarından sonra başlayır və nəticəyə elə də təsiredici rol oynamır. Milli dəyərlər, mentalitet, Həcər, Nigar, pafos, müqəddəs Azərbaycan ailəsi ritorikasını bir kənara tolazlayıb konkret bir ictimai faciənin önlənməsi ilə məşğul olmalıyıq".
 
 
Millət vəkili Fazil Mustafa bir nrçə ay öncə "Facebook" statusunda belə yazmışdı. Bu statusu yazdıqdan sonra müxtəlif şəxslər tərəfindən onun bu fikirlərinin dəstəkləndiyini deyən deputat  bildirib ki, yaxın günlərdə onun "Facebook" inboxuna ateist qadın tərəfindən daxil olan bir mesaj bu mövzunu yenidən onun üçün aktuallaşdırıb:
 
"Bu statusdan sonra dostum bir yazar və ardınca da bir sayt rəhbəri geniş tənqidi məqalə ilə çıxış etdilər ki, bəs qızlarla oğlanların birgə təhsil almasının qadağan olunması barədə təklif yolverilməzdir, bəs bu bizi geriliyə sürükləyir və s. Üzərində durub cavab vermək istəmədim, çünki Azərbaycanda hansısa mətni dərindən oxuyub təhlil etmə ənənəsi olmadığını bildiyimdən, bu yazıların da yenə yanlış anlamaqdan qaynaqlandığına əmin oldum. Bu mövzuya bir az fasilə vermişdik ki, ötənlərdə haradansa mesaj qutuma daxil olmuş özlərini ateist kimi tanıdan bir qrup vətəndaşın kitab təqdimatı ilə bağlı dəyirmi masasının videosundakı izlədiyim çıxışlardan biri diqqətimi cəlb etdi. Bir xanım iştirakçı pafosla İslam dininin təhlükəsi barədə çıxış edirdi və vurğulayırdı ki, bəs bizdə bir millət vəkili çağırış edir ki, qızlarla oğlanlar ayrı oxumalıdırlar. Bu çıxışdan sonra bir daha əmin oldum ki, Azərbaycanda mətnin məntiqi təhlili ilə bağlı ciddi problemlər var.
 
 
Quranın da, elmi ədəbiyyatın da, bədii əsərin də mətnini bu cür öz anladığı formada yekun tezis kimi təqdim etmənin fəsadları isə insanlar arasında münasibətlərdə böyük əsəb gərginliyinə səbəb olur, mənasız mübahisələri genişləndirir. İndi geri dönürəm yuxarıdakı dırnaq arasında təqdim etdiyim statusun bəsit izahına. "Cinsi tərbiyənin tamamilə unudulması artıq qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəli olduğunu iddia edənlərin arqumentlərini gücləndirir. Məktəb yaşından qızların təhsildən yayındırılaraq bir çox xoşagəlməz istiqamətlərə yönləndirilməsi sonrakı ailə faciələrinin, boşanmaların sürətlə artımının əsas səbəblərindən birinii təşkil edir". İzahı kimə aydın olmadı? Mən iddia etmirəm ki, qızlarla oğlanların bir yerdə təhsil alması təhlükəlidir, sadəcə qeyd edirəm ki, baş verən neqativ hallar dini inanclarına görə qızlarla oğlanların bir yerdə təhsil almasının təhlükəliliyini iddia edənlərin arqumentini gücləndirir.
 
 
Məhz bu arqument güclənməsin deyə, nəzarəti artırmaq, doğru metodologiyanı tətbiq etmək vacibdir. Əsas tezisim də budur ki, qızlarımızı məktəbdən yayındıra biləcək bütün əngəlləri ortadan qaldırmalıyıq. Burada anlaşılmayan bir fikir qaldımı? O halda bir mətni doğru dürüst oxuyub mənasını tutmayanlar nəyə etiraz edirlər? Əksinə, bütün çıxışlarımda qeyd edirəm ki, orta məktəblərə qızların cəlb olunması, son zəngə qədər oxuması vacidir, bu və ya digər səbəbdən məktəbə getmək imkanı olmayan qızların da özəl qız məktəblərində bilik və peşə təhsili alması üçün bu cür məktəblər açmaq istəyən sahibkarların uzun müddətə vergidən azad edilməsi zərurudur. Ananın savadsız olduğu məmləkətdə ciddi intellektual elita formalaşa, sağlam millət yetişə bilməz.
 
 
Bununla belə, məktəbin əxlaqsızlıq, narkomaniya yuvasına çevrilməsinə imkan tanımamalıyıq, bu yalnız şagirdlərə aid məsələ deyil, əxlaq naqisliyi olan müəllimlərin və direktorların məktəblərdə kök atmasının yolverilməzliyi prinsipinə ciddi əməl etməliyik. Valideynlər üçün məktəb təhlükəli məkan kimi hansısa neqativ hədəfə çevrilməməlidir, övladını güvəndiyi şəfqət mühiti kimi görməlidir. Bu qeydi ona görə yazmağı borc bildim ki, bəzi insanlar cavab verilməyəndə özlərini konkret problem üzrə sağlam düşüncədə olduqlarına inandırmasınlar, sadəcə bundan sonra mətni doğru təhlil edib nəticə çıxarmağa vərdiş etsinlər".

 
Nigar Məhərrəm 

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...