Maqazİn

"Əvvəldən plan qurduq ki, maşını mən qazanacam" - Roza

Müğənni Roza Zərgərli "Maşın" şouda qalib olduqdan sonra "Zaurla Günaydın" verilişinin qonağı olub.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi şoudakı vəziyyətdə, qalib olmasından danışıb:

"Bizim aramızda sözləşmə oldu. Şou başlayandan plan qurduq ki, üçümüz finala gedirik və maşını mən qazanacam, xeyriyyəyə verəcəm. Oradakıların hamısı deyirdi ki, beşliyə qədər gedək, bəsdir. Amma yalan deyirdilər. Bir gündə Aytənlə Pərvini ələdim ey mən. 10 dəqiqənin içində plan qurdum. Urana dedim ki, Aytən Səfərovanı çıxart, Pərvin Abıyevanı əlini götüzdürəcəm. Mənə deyirdilər dostumsan, xeyriyyə üçün sənə kömək edəcəyik.

Şouda münasibətim normal qalan Mətanət Əliverdiyeva oldu. Oradan maşına minib çıxsaydım heç nəyə sərf edə bilməyəcəkdim. Ona görə də Murad Dadaşova açarı verdim. Dedim, istəyirsən xeyriyyəyə ver, istəyirsən saxla. 10 gün içində açıqlama veriləcək maşınla bağlı".

AdRiver

XƏBƏR LENTİ