Əvvəlcə məscidi partlatdı, indi Ərdoğanı öldürməyə çağırır

Əvvəlcə məscidi partlatdı, indi Ərdoğanı öldürməyə çağırır
 

Məsciddə qətliam törədənlərdən biri Ərdoğanı da öldürməyə çağırır


Yeni Zelandiyanın Kraystçeç şəhərində silahlı şəxslərin məscidə basqını nəticəsində ölənlərin sayı 40-a çatıb.Bu məlumatı baş nazir açıqlayıb.

 

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ilkin versiyaya görə terror aktı islamofobiya və ksenofobiya zəminində törədilib.


 

Şəhərin polis komissarı Mayk Buş bildirib ki, atışmadan sonra məscidin yaxınlığında park edilmiş maşınlarda bir neçə əldəqayırma partlayıcı maddə tapılıb, onlar zərərsizləşdirilib.


Silahlılar "Əl-Nur” və onunla qonşuluqda yerləşən Linvud məscidlərinə günorta namazından sonra basqın ediblər.Atəş açanlardan birinin kimliyi məlumdur. Bu, 28 yaşlı avtstraliyalı Brenton Tarrantdır, ultrasağçıdır. Hücum ərəfəsində o sosial şəbəkələrdə yaydığı manifestində Almaniyanın kansleri Angela Merkeli və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı da qətlə yetirməyə çağırır.



Həmin şəxs məsciddəkiləri necə gülləbaran etdiyini videoya çəkib, avtomatın qundağında isə "Avropa sivilizasiyasının formalaşmasının mühüm məqamlarının” tarixlərini yazıb. Bunlardan biri 1770-ci ildə rus-türk müharibəsi zamanı baş vermiş Kaqule döyüşüdür.

 

Qundaqda Miloş Obiliçin də adı göstərilir. O, 1389-cu il iyunun 15-də Kosovo çölündə serblərlə türklər arasında döyüşlər zamanı türk sultanı Muradı öldürən serbdir.

 

 

* * *09:12

 

Bu gün Bakı vaxtı ilə səhər satlarında dünyanın ən firəvan və nadir hallarda qətl törədilən ölkəsi Yeni Zelandiyada dəhşətli qətliam baş verib.



Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Krraystçerç şəhərində silahlılar bir-birinin ardınca iki məscidə basqın edərək qarşılarına keçənlərə atəş açıblar. Nəticədə onlarla adam ölüb və yaralanıb.


 

Xəbər verilir ki, silahlılar atəş açmağa başlayanda məscidlərdən birində 300-ə yaxın adam olub. Həmin məsciddə azı 27 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Ölənlərin sayının artması istisna deyil.


 

 

 

Şəhərin polis komissarı Maykl Buş terror aktı ilə bağlı üç kişi və bir qadının tutulduğunu açıqlayıb.


 

Silahlılardan biri öz hərəkətlərini mobil telefonla çəkib və sosial şəbəkələr üzərindən internetə translasiya edib. Həmin şəxs ultrasağçı baxışlı Avstraliya vətəndaşı olduğu bildirilir.


 

"New Zealand Herald” bildirir ki, qətliamdan əvvəl həmin şəxs 37 səhifəlik manifest yayıb və öz hərəkətlərini terror aktı adlandırıb.


 

Bildirilir ki, azı iki silahlı məscidə günorta namazından sonra basqın edib və rast gələ atəş açıb. Yaralıların aparıldığı xəstəxananın ətrafında da atəş səsləri eşidilib. Hakimiyyət orqanları əhalini küçələrə çıxmamağa çağırır. Baş nazir Casinda Ardren baş verənləri ölkə tarixində ən qara günlərdən biri adlandırıb. Xəbər yenilənəcək.


OXŞAR XƏBƏRLƏR

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...