Evsiz qalan müğənnimiz maşınını da satdı: \"23 ildir kirayədə qalıram\"

Evsiz qalan müğənnimiz maşınını da satdı: \
Evsiz qalan müğənnimiz maşınını da satdı: "23 ildir kirayədə qalıram"
Müğənni Vüqar Muradov pulsuzluqdan gileylənib.

Sfera.az xəbər verir ki, lent.az-a açıqlama verən ifaçı bildirib ki, bu günə qədər ev ala bilməyib:


"23 ildir kirayədə qalıram. Onun 2 ilini yataqxanada qalmışam. Ev almaq qismətim olmayıb. Bir dəfə əlimdə pul var idi, ilkin ödəniş üçün verdim, pulu alıb məni aldatdılar. Evi bir neçə adama satmışdılar. Güclə verdiyim pulun yarısını bir müddət sonra ala bildim. Ondan sonra heç nə ala bilmədim. 

Pandemiyadan öncə bir maşınım var idi. Qiyməti 18-19 min idi. Maşından başqa heç nəyim yox idi. Onu da satdım, 6-7 minlik maşın aldım. Yerdə qalan pulu da pandemiyada gündəlik yaşamım üçün xərclədim. Maşınım da xarab olub, ustadadı. Bir sözlə, ilyarımdır taksilərdə gəzirəm. İmaknım o qədər olmasa da, dünyanın ən varlı insanıyam. Çünki tarixi qələbəni yaşadım".

OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...