Evlərə \"kupça\"nı necə almaq olar? - VİDEO

Evlərə \
Dövlət başçısının çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanından sonra 10 minlərlə insan öz mənzilinə çıxarış ala biləcəklər. Bu isə çıxarış alma presedurları vərüsum məsələsini aktuallaşdırır. Növbəti süjetdə əməkdaşlarımız bu məsələni araşdırıb.

Çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi daşınmaz əmlaka dair çıxarışların rüsumunu və prosedurları aktuallaşdırıb. Əmlak məsələləri üzrə üzrə ekspert Nüsrət İbrahimov deyir ki, çıxarışın alınması bir neçə mərhələdən keçir.
 
İlk olaraq fövqəladə hallar nazirliyi binanın müxtəlif parametrlər üzrə təhlükəsizliyini yoxlayır.Hər şey qaydasında olduğu təqdirdə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura komitəsinə məlumat verilir. Daha sonra isə bina əmlak məsələləri dövlət komitəsinin reyestrində qeydiyyata alınır.

Bu prosedurlar bitdikdən sonra vətəndaş çıxarışın alınması üçün müraciət etmək hüququnu qazanmış olur.

Nüsrət İbrahimov bildirib ki, vətəndaşlar çıxarışı almaq üçün müəyyən miqdarda xidmət haqqı və dövlət rüsumun ödəməlidirlər. Ən yüksək məbləğ Paytaxt Bakı üçün nəzərdə tutulub.

Çıxarış almaq üçün nəzərdə tutulan xərclər digər bölgələrdə fərqlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyir ki, digər regionlarda yaşayan sakinlər çıxarış almaq üçün nə qədər vəsaitin lazım olduğunu öyrənmək üçün qurumun saytında yerləşdirilən əmlakın qeydiyyat kalkulyatorundan istifadə edə bilər. (Xəzər TV)



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...