Cəmİyyət

Evinizdə bu hərəkətləri etsəniz 250 AZN cərimələcəksiniz - 00-dan 07-dək

Evinizdə bu hərəkətləri etsəniz 250 AZN cərimələcəksiniz - 00-dan 07-dək
Çox vaxt qonşular arasında münaqişə həddən artıq səs-küy yaranan zaman baş verib. Bu da gecə vaxı insanların rahatlığını pozur.

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə tez-tez vətəndaşlar səs-küydən, musiqidən və qonşuların təmir işlərindən şikayət edirlər.

Daha çox şikayət çoxmərtəbl binalarda yaşayan vətəndaşlardan gəlir. Vətəndaşlar bu vəziyyətdə nə etməli və hara müraciət etməli olduğunu və qarşı tərəfi hansı cəzanın gözlədiyini bilmirlər.

Mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları marifləndirəcək suallara cavablar hazırlamaq qərarına gəlmişik.

Hası hallarda vətəndaşların hüquqları puzulur?

Bunlara aşağıdakılar daxildir: qışqırıq, fit çalmaq, musiqi alətləri ifa etmək, televizor və ya səsgücləndirici vasitələrin səsini artırmaq, yenidən qurmaq, təmir işləri və vətndaşları narahat edəcək digər hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

Maddə 521-də Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması ilə bağlı qeyd olunur: "Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə-fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Narahatedici hallarla üzləşdikdə ilk əvvəl həmin durumu səsyazma cihazına və ya telefonunun kamerasına qeyd edin. Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə zəng edərək baş verənləri bildirmək lazımdır. Polis əməkdaşları dərhal hadisə yerinə gəlməli və qayda pozanlar ilə profilaktik görüş keçirməli və lazım olduqda protokol tərtib etməlidirlər.(BAKU.WS)

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031