Evimizdəki ən təhlükəli əşya – Əl-üz dəsmalı infeksiya yayır

Evimizdəki ən təhlükəli əşya – Əl-üz dəsmalı infeksiya yayır
 Mətbəx və hamamda iistifadə olunan xovlu dəsmallar ailə üzvləri araslnda infeksion xəstəliklərin yayılmasına təkan verən ən təhlükəli əşya hesab olundu.
 
Sfera.az medicina.az-a istinadən bildirir ki, alimlərin fikrincə, dəsmal bakteriyalar üçün tələdir. Hər dəfə üzü, əlləri sildikdən sonra nəm halda asıldıqda orda bakteriyalar çoxalır. Siz yenidən o dəsmalı istifadə etdikdə o bakteriyalar üzə keçir. Əgər bir dəsmalı bir adam istifadə etsə dərd yarı. Evdə bir dəsmalı hamı istifadə edərsə, təhlükə ikiqat, üçqat artır.

İnsan müxtəlif yerlərdən əllərinı yığdığı mikrobu suda yaxalayıb, dəsmala silir. Mikrobların əksəriyyəti dəsmala keçir.
Arizona Enuversitetinin mikribioloqu Çarlz Gerbin araşdırmasına görə, dəsmalla bağırsaq çöpü, hətta salmonella da ötürülə bilər. Ən təhkükəlisi isə mətbəxdə əl altında olan əski və dəsmallardır. Çarlz təcrübə zamanı götürdüyü dəsmalların 89%-də bağırsaq bakteriyaları aşkar edib.  Dəsmalın üzərindəki bakteriyaların sayı o yuyulana qədər saatbasaat artırdı. Bakteriyalar nəm parçada daha sürətlə çoxalır.

" Təxminən 2 gün asılqanda asılmış dəsmala üzünüzü silsəniz, siz başınızı unitaza saldığınız zaman nə qədər bakteriyaya yoluxacaqdızsa, o qədər sayda bakteriyaya bulaşırsız".

Qızılı stafilakok üçün ən qidalı yer nəm dəsmallardır. Bəzi insanlar bu virusun daşıyıcısıdır və onların dərisində bu infeksiya var. Amma onlar bu virusla xəstələnmir. Daşıyıcının üz-gözünü sildiyi dəsmal digər immuniteti zəif insanı bu virusa yoluxdura bilər.
Dəsmalla dəri və bağırsaq infeksiyalarına yoluxma daha çox salonlarda, idman klublarında, bir-birinə şəxsi gigiyena əşyalarını verənlər arasında yayılıb.
Los-Anceles kollecinin futbol komandasında yayılan  infeksiya məsələsindən sonra məlum oldu ki, onlar eyni dəsmaldan istifadə edirdi.
Əgər insanın üzündə, əlində kəsik, yara, cızıq varsa, mikroçatlar vasitəsilə dərinin daha dərin qatlarına infeksiya, mikrob düşə bilər. Bunlar isə ağır antibiotik müalicəsi ilə sağalır.

Bu kimi problemdən qorunma yolu öz dəsmalının olması, onu heç kimə verməmək və dəsmalları gündəlik yumaqdır. Xüsusən dəsmalları qaynar suda yumaq lazımdır.

Mətbəxdə isə birdəfəlik dəsmallardan, salfetlərdən istifadə məsləhətdir.

OXŞAR XƏBƏRLƏR

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir HƏBS EDİLDİ

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmə...

Polşada məktəblərlə bağlı QƏRAR VERİLDİ: "1-3-cü sinif şagirdləri..."

Polşada ibtidai və orta məktəb şagirdləri üçün məcburi ev tapşırığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Donald Tusk...

İlham Əliyev: "Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq"

Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz bu gün öz su mənbələrimizə tam sahib olmuşuq.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbay...

Türkiyə və ABŞ rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını MÜZAKİRƏ ETDİLƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ dövlət katibinin müavini Co...

Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizin...

Bakıda mənzildə meyit TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziy...