Evdən çıxmadan yeni \"Nar\" abunəçisi ol!

Evdən çıxmadan yeni \
 

Hər zaman xidmətlərini istifadəçilərin tələbləri əsasında formalaşdıran "Nar”, xüsusi karantin rejimində müştərilərinə dəstək məqsədilə, yeni formatda nömrə satışına başlayıb. Pandemiya müddətində müştərilər "narsim.az" vebsaytı üzərindən almaq istədikləri nömrəni seçib birbaşa evə çatdırılma xidmətindən yararlana bilərlər. Çatdırılma sifarişin verildiyi müddətdən sonra 24 saat ərzində həyata keçirilir.

Yeni xidmətdən istifadə etmək üçün müştərilər "narsim.az" saytında nömrə sifarişi zamanı müvafiq bölmədə yaşayış ərazisini qeyd etməlidirlər. Bundan sonra, yaxın ərazi üzrə təyin olunmuş diler müştəri ilə əlaqə saxlayaraq ünvana çatdırılmanı təmin edir. Qeyd edək ki, bu xidmətdən paytaxt sakinləri ilə yanaşı, digər bölgələrdə yaşayan vətəndaşlar da yararlana bilərlər.

Mobil operatorun koronavirusla mübarizəyə dəstək məqsədilə yeni istifadəyə verdiyi digər bir xidmət də "Səyyar Nar” layihəsidir. Bu xidmət vasitəsilə abunəçilər evdən çıxmadan "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətləri əldə edə bilərlər. Müraciətlər 777 ‘Çağrı mərkəzi’ üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.

 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


OXŞAR XƏBƏRLƏR

Dilarə Əliyeva mərhum həyat yoldaşının son mesajından DANIŞDI: "Yazmışdı ki..."

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevlə son yazışmasının nə olduğunu açıqlayıb.   Sfera.az xəbər verir, bu barədə sənətçiyə...

Nazirlər Kabinetindən Qarabağ Universiteti ilə bağlı YENİ QƏRAR

Baş Nazir Əli Əsədov “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının ...

Azərbaycanda neft hasilatı AZALIB - Deputat AÇIQLADI

Bu ilin ilk rübündə neft-qaz sektorunda 0.2 faiz artım qeydə alınıb.   Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O qeyd edib...

Azərbaycan və Türkiyə hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi apardı - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin nümayəndə he...

HƏMAS İsrailin girov mübadiləsi ilə bağlı təklifini RƏDD ETDİ 

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son qərarını açıqlayıb.   Sfera.az xəbər verir ki, bu barədə&...

"Bavariya" Zidandan "əlini üzdü" - Əsas namizəd...

"Bavariya" Zinəddin Zidanın baş məşqçi postuna namizədliyini nəzərdən keçirmir.   Sfera.az bildirir ki, daha əvvəl mətbuatda Münhen klubun...