Evakuatorlarla yığılan pullar kimin cibinə axır? - 2104 avtomobil və 42 min manat...

Evakuatorlarla yığılan pullar kimin cibinə axır? - 2104 avtomobil və 42 min manat...
 Bu gün Lider TV-də yayımlanan "Status” verilişində Bakıda fəaliyyət göstərən evakuatorlarla bağlı maraqlı məqama toxunulub.

BakuPost.az xəbər verir ki, mövzusu "parkinq mədəniyyəti və evakuatorlar” olan verilişdəki qonaq, aparıcı Teymur Əliyev evakuatorlardan yığılan pulların büdcəyə heç bir xeyir vermədiyini bildirib. O, 2016-cı illə bağlı Hesablama Palatasının rəsmi rəqəmlərinin də kifayət qədər maraq doğurduğunu qeyd edib.

T. Əliyev bu xidmətin ümümiyyətlə lazım olmadığını hesab etdiyini deyib: "Evakuatorlar Dövlət Yol Polisinə məxsusdur? Əgər belədirsə, bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Hesablama Palatasının 2016-ci il üçün hazırladığı illik hesabatında göstərilib ki, son bir il ərzində evakuasiya xidməti nəticəsində dövlət büdcəsinə köçürülən məbləğin həcmi 42 min 80 manatdır. Mən bu rəqəmi görəndə şoka düşmüşdüm. Bu, 2104 maşının cərimələnməsi deməkdir. Burada böyük sual yaranır.  Əgər evakuasiya xidməti nəticəsində büdcəyə də xeyir gəlmirsə, kimə xeyir gəlir və nəyə lazımdır? Ondansa, düzgün parkinq etməyən sürücülərin hamısını 20 AZN cərimələsinlər. O 20 manatlar da bank hesabı ilə büdcəyə köçürüləcək. Biz də heç olmasa biləcəyik ki, bu cərimələrin nəticəsində polislərin, müəllimlərin maaşı artırılıb.  Yəqin ki fikir vermisiniz ki, evakuatorun haqqını qeyri-nəğd şəkildə ödəmək mümkün deyil”. 

Verilişin digər qonağı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə suallara belə cavab verib: "Mən də Dövlət Yol Polisi olaraq hesab edirəm ki, evakuator avtomobilləri ləğv edilməlidir: Amma əgər vətəndaş özünü haqlı sayaraq iki saatdan artıq yolun hərəkət hissəsində avtomobilini saxlayır və "cəriməsini ödəyərəm” fikiri ilə məsələyə yanaşırsa, deməli hələ də evakuator xidməti ləğv edilə bilməz”.
 
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...