Dünya

Ev sərt soyuqlardan buz bağladı - FOTO

Ev sərt soyuqlardan buz bağladı - FOTO
Sərt soyuqlar bir evi buza çevirib.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın şərqində baş verən qar fırtınası Nyu York ştatının Romano çimərliyində qəribə mənzərələr yaradıb.
 
Qar fırtınası küləyin sürətini saatda 112 km-ə qədər qaldırıb. Ontario çayında yaranan nəhəng dalğalar ətrafdakı tikililəri buza çevirib. Evi buza dönən Maurin Velan jurnalistlərə deyib ki, 85 ildir ailələri burada yaşayır, amma indiyə qədər belə bir hadisəylə rastlaşmayıblar.
 
Ailə üzvləri evin ətrafında kanallar qazmağa başlayıblar. Məqsəd buz əriyərkən problem yaratmamasıdı. Buza dönmüş evin şəkli sosial şəbəkələrdə yayılandan sonra ailəyə dəstək mesajları və təklifləri gəlməyə başlayıb.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031