Ev problemi üzündən nikahların sayı azalır – Həll yolu nədir?

Ev problemi üzündən nikahların sayı azalır – Həll yolu nədir?
Son dövrlərdə Azərbaycan ailələrinin dağılması faktı ilə daha çox rastlaşırıq. Təkcə bu ilin yanvar-sentyabr aylarında ölkədə 41 067 nikaha daxilolma və 12 892 boşanma halları qeydə alınıb. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə görə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb. 
 
Ölkədə boşanmaların artımını adətən müxtəlif səbəblərlə izah edirlər. Həmin sıralarda təəssüf ki, ev problemi də yer alır. Digər tərəfdən evsizlik təkcə boşanmalara gətirib çıxarmır, eyni zamanda ailə qurulmasına da maneə yaradır. Belə ki, bu gün Azərbaycanda gənclərin əksəriyyəti ev ala bilmədiklərinə görə, evliliyi arxa plana atıb desək, yanılmarıq. Kənarda pulu olmayan və ya ailəsindən, yaxınlarından dəstək almayan biri ev almaqda çətinlik çəkir.
 
Bəs, məsələnin həll yolu necə olmalıdır?

Bununla bağlı Sfera.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, ev almaq üçün ilk növbədə gəncin maddi durumunda təminat olmalıdır:

"Yəni iş yeri, aylıq normal gəliri mütləqdir. Bu istiqamətdə bir çox layihələr var: ipoteka kreditləri, müxtəlif tikinti şirkətlərinin özlərinin verdiyi kreditlər, qeyri-rəsmi, öz aralarında bağlanılan kreditlə satışlar və s. İpoteka Krediti və Zəmanət Fondunun ötən il yaratdığı belə bir layihə var idi: Mənzillərin kirayə öhdəliklər satışı. Burada proses daha sadədir, amma yenə də əlçatan deyil. Gənclər var ki, ilkin ödənişi toplamaqda çətinlik çəkirlər, yaxud onların gəliri imkan vermir ki, nəzərdə tutulan məbləği ödəsin. Xarici ölkələrdə mənzil satışı üçün ayrılan kreditlər ən aşağı faizlə təqdim edilir. Tutaq ki, 1-2 faizlə. Bu da vətəndaşın ev problemini aradan qaldırmağa kömək edir. Yəni aşağı faizlə kredit götürüb ev alsın və dövlətdən ev tələb etməsin. Başqa bir tərəfdən, nə qədər ki, mənzillərlə bağlı kredit faizi aşağı olacaq, o qədər də bu sahədəki alıcı kütləsi artacaq”.

Müsahibimiz qeyd edib ki, bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi daşınmaz əmlak sektorundan asılıdır:

"Bu sahəyə qoyulan hər 1 manat 5 manat olaraq geri dönüş edir. Eyni zamanda bu gün daşınmaz əmlakların satışı həm də gənclərin evlənməsindən asılıdır. Nə qədər çox gənc ailə qursa, bir o qədər evə tələbat artır. Amma hazırda gənclərin böyük əksəriyyəti evsizlik probleminə görə ailə qura bilmir. Gənclər bəlli bir maaş alır və kirayə qalırsa, bu, ancaq onun gündəlik xərclərinə bəs edir. Kənara pul atıb hansısa formada ev problemini aradan qaldıra bilmirlər. Bu, hamıya şamil olunmur, amma çoxluğu təşkil edir. Əvvəllər ev almağa imkanı olmayan ailələr həyətində bir ev tikirdi və ya evinin üstünə bir mərtəbə də əlavə edirdi, övladını evlə təmin edirdi. Proseslər bu formada davam edirdi. Amma indi tikinti məsələsinə icazələrin verilməsi o qədər çətinləşib ki, vətəndaş tikinti və digər xərcləri ölçüb-biçəndə bir evin puluna başa gəldiyini görür. 
 
Gənclərə hansısa formada dəstək olmaq lazımdır.  Sovet dövründə məsələn, zavodda, fabrikdə işləyənlərə dövlət ev verirdi. Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi hərbçilər, polislər, məcburi köçkünlər və digər bu kateqoriyadan olan şəxslərə aşağı faizlə, az ilkin ödənişlə, aylıq ödənişi müvafiq olan, uzunmüddətli kreditlə evlərin satışını həyata keçirir. Əslində burada seçim qoyulmamalı, hər bir Azərbaycan vətəndaşına şərait yaradılmalıdır. Daha çox isə, gənclərə, tələbələrə güzəştlər olmalıdır. Bu gün biz boşanmaların statistikasına baxsaq, dəhşətli rəqəmlər görəcəyik. Bunun da böyük hissəsi evsizlik problemindən irəli gəlir – kirayə qalırlar, digər xərclərini ödəyə bilmirlər, ailədaxili münaqişə yaranır və boşanırlar. Bu baxımdan, gənclərin ev problemi aradan qaldırılmalıdır”,

Günay Rəsulqızı
Sfera.az
 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb. 
 
Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması


OXŞAR XƏBƏRLƏR

Qripin ağciyərlərə vurduğu zərərin qarşısını alan dərman hazırlandı

Yeni hazırlanmış dərman qripin yaratdığı iltihabın səbəb olduğu ağciyər zədələnməsinin qarşısını ala bilib.   Sfera.az bildirir ki, qripə səbəb olan qr...

Gürcüstan parlamentində kütləvi dava düşdü

Gürcüstan parlamentində “Xarici agentlər haqqında qanun”un müzakirəsi zamanı səs-küylü insident yaşanıb.    Sfera.az bildirir ki, Gü...

Bakı və Belqrad arasında mühüm telefon danışığı

15 aprel 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Serbiya Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə telefon danışığı a...

70 yaşlı məşhur amerikalı aktyor mərhum oğlunun fotosunu paylaşdı

70 yaşlı məşhur amerikalı aktyor Con Travolta mərhum oğlu Cettin xatirəsini ehtiramla yad edib. O, arxiv görüntülərini İnstaqramda paylaşıb.   Sfera....

Hakimin sinif yoldaşı olduğunu görüb göz yaşlarına boğulan məhbus - VİDEO

2015-ci ildə Artur But adlı şəxs oğurluqda ittiham olunaraq hakim qarşısına çıxıb. Hakimin orta məktəbdə sinif yoldaşı Mindi Qleyzer olduğunu anlayanda göz yaşl...

Qadınları xilas etmək üçün 300-dən çox kişini öldürən qatil: Madam Popova

Tarix boyu araşdırsaq, çox maraqlı personajlarla rastlaşırıq. Bu adlardan biri də Madam Popovadır. Ərləri tərəfindən işgəncələrə məruz qalan qadınları xilas və ...