Ev almaq istəyənlərə şad xəbər

Ev almaq istəyənlərə şad xəbər

"Xatırlayırsınızsa, 2013-cü ildə Bakıda mənzillərin qiymətinin süni şəkildə şişirdildiyi və qiymət azalmalarının qaçılmaz olduğunu bildirmişdim. Xüsusən də, son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir”.

Bunu iqtisadçı Vüqar Bayramov bildirib. Mənzil bazarındakı hazırki durumu qiymətləndirən ekspert hesab edir ki, bu ilin birinci yarısında qiymət azalmaları davam edəcək:

"Alıcılıq qabiliyyəti aşağı düşüb və bu da bazarda tələbin azalmasına səbəb olub. Rusiyada yaşayan həmyerlilərimiz artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən isə, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır. Manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq. 

Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalamları deməkdir. Hal-hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur”. (azvision.az)



OXŞAR XƏBƏRLƏR

"Ukrayna ilə danışıqlara başlasaq da, döyüşləri dayandırmayacağıq" - Lavrov

“Ukrayna ilə yeni danışıqlar başlasa da, Rusiya döyüşlərdə fasilə elan etməyəcək”.   Sfera.az “TASS”a istinadən xəbər verir k...

Qazaxın 4 kəndinin Azərbaycana geri qaytarılması barədə razılıq ƏLDƏ EDİLDİ

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin v...

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...

Xınalığa dolu DÜŞDÜ

Aprelin 19-u saat 16:14 radələrində diametri 9-12 mm olan dolu düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...