“Eurovision” mahnımızın akustik versiyasına klip çəkildi – VİDEO

“Eurovision” mahnımızın akustik versiyasına klip çəkildi – VİDEO

 

Ölkəmizi "Eurovision 2016”da təmsil edən Səmra Rəhimlinin ifa etdiyi "Miracle” ("Möcüzə”) adlı mahnının yeni akustik versiyası hazırlanıb. 

Oxu.Az xəbər verir ki, bəstəyə klip də çəkilib. Bu haqda rəsmi "Facebook” hesabında məlumat verən təmsilçimiz çəkilişlərin onun promo turları zamanı 6 ölkədə aparıldığını yazıb.

Yeni akustik versiyanı təqdim edirik:

Xatırladaq ki, Səmra Rəhimli öz promo turu çərçivəsində Avropadakı fanatları üçün "Miracle” mahnısının iki remiksini də təqdim edib. Remikslərdən biri Tomas Neverqrin, digəri isə məşhur azərbaycanlı musiqiçi DJ Kamil tərəfindən hazırlanıb.


OXŞAR XƏBƏRLƏR