Hadİsə

“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb - VİDEO

“EuroHome”da baş verən yanğın tam məhdudlaşdırılıb - VİDEO
 

"EuroHome” tikinti materialları bazarında baş verən yanğın tam məhdudlaşdırılıb. Bir təyyarə və helikopter vasitəsilə 150 tona yaxın su yanğın olan əraziyə tökülüb".

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib. 

O bildirib ki, 2 saat yarıma qədər davam edən yanğının söndürülməsində öncə su problemi olub: "Mənə verilən məlumata görə, yanğın yerinə FHN-in 40-dan çox texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olunub. İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğın səbəbləri hazırda araşdırılır. Daha ətraflı məlumatlar veriləcək".

 


(report)

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031