Etibarnamələrin verilməsində YENİLİK - Sürücülərə ŞAD XƏBƏR

Etibarnamələrin verilməsində YENİLİK - Sürücülərə ŞAD XƏBƏR
 

"myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.

"ASAN xidmət”dən Sfera.az-a  verilən məlumata görə, bu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Vətəndaşlar "myGov” şəxsi kabinetində etibarnamələrini görə və yeni etibarnamə yarada bilərlər. Eyni zamanda xidmətin həyata keçirilməsi üçün zəruri olan məlumatları əldə etmək mümkündür. Yəni etibarnamənin yaradılması ilə bağlı müvafiq məlumatlar daxil edildikdən sonra vətəndaş "ASAN ödəniş” sistemi üzərindən ödəniş etməklə müraciətini tamamlayır. Sonra məlumatlar avtomatik olaraq Dövlət Yol Polisinə göndərilir.

 

Sonda vətəndaşın şəxsi kabinetində bildiriş vasitəsi ilə etibarnamə müraciətinin statusu ilə bağlı məlumat göndərilir. "Elektron hökumət" konseptinin müasir versiyası olan "myGov” portalı vasitəsi ilə vətəndaşlara nikah üçün müraciətin və doğumun elektron qaydada qeydə alınması prosesi kimi digər ədliyyə xidmətləri də göstərilir.

Portal üzərindən ilkin olaraq 19 dövlət və 16 bildiriş xidməti təqdim olunur. Bundan başqa, "myGov” portalından "eAgro”, "eSatınalma, "Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, "ASAN ödəniş”, "eSosial”, "Birja Auksion” sistemlərinə keçid mümkündür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” 2018-ci il 14 mart tarixli Fərmanı ilə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının tətbiqi prioritet kimi müəyyənləşdirilib.

 

OXŞAR XƏBƏRLƏR

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...