Etibarnamə ilə avtomobil almaq TƏHLÜKƏLİDİR

Etibarnamə ilə avtomobil almaq TƏHLÜKƏLİDİR

Abşeron sakinin etibarnamə ilə aldığı avtomobil başına iş açıb. 10 il sonra maşının üzərinə həbs qoyulub. Səbəb isə avtomobilin əvvəlki sahibinin banka borcunun olmasıdır.

10 il əvvəl etibarnamə ilə aldığı avtomobilə özünün də xəbəri olmadan bir bankın iddiası əsasında həbs qoyulub.

Abşeron rayonu Məhəmmədli qəsəbəsində yaşayan Elburus Cəfərov 2007-ci ildə baş etibarnamə ilə minik avtomobili alıb. Bu müddət ərzində də öz adına qeydiyyata saldırmayıb.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki, bir müddət əvvəl isə yol polisi əməkdaşları Elburus Cəfərovun avtomobilini saxlayaraq üzərinə həbs qoyulduğunu bildiriblər.

Avtomobilin əvvəlki sahibi ilə əlaqə saxladıqda isə o, yaxın müddətdə həmin borcu ödəyə bilməyəcəyini deyib. İndi Elburus Cəfərov maşının üzərindən həbsi götürtmək və avtombili öz adına qeydiyyata saldırmaq istəyir.

Bənzər alış-satışlarda etibarnamədən mümkün qədər uzaq durmağı məsləhət görən hüquqşünaslar isə bildirir ki, belə olanda avtomobilin üzərinə qoyulan həbs yalnız banka olan borc ödənildikdən sonra götürülə bilər.

Lakin Elburus Cəfərov yenidən məhkəmədə iddia qaldıra və maşına qoyulan həbsin götürülməsini tələb edə bilər. Bunun üçün avtomobilin 10 il ərzində onda olduğuna və bütün servis xərclərini də özü çəkdiyinə dair sübutlar tapmalıdır.


OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...