AdRiver
Ət ucuzlaşdı - Səbəb nədir?

Ət ucuzlaşdı - Səbəb nədir?

Paytaxtda ətin qiymətində 1 manata yaxın ucuzlaşma müşahidə edilir.
 
Sfera.az bildirir ki, ucuzlaşma təkcə paytaxtda yox, bölgələrdə də qeydə alınır. Təxminən 1 ay öncə 10 manatdan yuxarı qiymətə təklif olunan bir kiloqram mal əti hazırda 9 manata satılır.
 
Bununla bağlı açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirib ki, ətin qiymətinin ucuzlaşması tələbin azalması ilə bağlıdır:

"Ucuzlaşmanın əsas səbəbi rayonlarda ətin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Rayonlarda ətin ucuzlaşması Bakıya gətirilən ətin qiymətinin azalmasına gətirib çıxarıb. Yemin qiyməti müəyyən artımlardan sonra artıq stabilləşib. Eyni zamanda, hazırda ətə tələbin azalması müşahidə edilir. Tələbin azalması nəticədə qiymətə təsir göstərib. Təklifdə heç bir dəyşiklik yoxdu. Rayonlarda, eləcə də paytaxtda ətə tələbin azalması müşahidə edilir ki, bu da qiymətə təsir göstərir. Hələ ki, ciddi bir azalma gözlənilmir. Lakin mövcud qiymət qorunub saxlanılacaq”.(metbuat.az)

DİGƏR XƏBƏRLƏR


---