Ət idxalı niyə artır? – Ekspert günahı pambıqda görür

Ət idxalı niyə artır? – Ekspert günahı pambıqda görür


"Ət idxalının son 3 ayda artmasına səbəb olan amil ölkədəki örüş yerlərinin pambıq əkininin ixtiyarına verilməsidir”

 

 

Sfera.az-a açıqlamasında bunu son üç ayda Azərbaycana ət idxalının əhəmiyyətli dərəcədə artmasına münasibət bildirərkən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov deyib:


"Ümumilikdə ölkəyə gətirilən ətin həcmi istehlak olunan ətin 12 faizi qədərdir. Bu onu deməyə əsas verir ki, onsuz da Azərbaycan az ət istehsal və az istehlak edən ölkədir. Digər tərəfdən, get-getə ət idxalından asılılıq artır. Bunun da səbəbi uzun müddətdir Azərbaycanda ətlik istiqamətində hər hansı bir sanballı işin həyata keçirilməməsilə bağlıdır. Son zamanlar isə 200 min hektar örüş sahəsi pambıq və taxıl əkininin ixtiyarına verilib. Bununla da həmin ərazilərdə heyvandarlıqla məşğul olan əhalini məcbur etdilər ki, onlar heyvanlarını kəsimə versin. Nəticədə həmin sahibkarlar artıq demək olar ki, heyvandarlıqla məşğul olmur. Şəki-Zaqatala bölgəsində oliqarxlar 65 min hektar örüş sahəsini mənimsəyib. Bu oliqarxlar həmin yerlərdən heyvandarlıqla məşğul olan sahibkarları sıxışdırıb çıxarıblar. Təəssüf ki, sözügedən tendensiya geniş vüsət almaqdadır. Nəticədə bu amilin özü sə ölkə daxilində ət istehsalının bir qədər də azalmasına gətirib çıxarır. Nəticədə ət idxalı artır. Yaranmış problem isə hökumətin, rəsmi qurumların apardığı yanlış siyasətlə bağlıdır. Yanlış siyasətdə onunla bağlıdır ki, son dövrlər hökumət pambıq, baramaçılığa geniş yer verməyə başlayıb”.

 

Həmsöhbətimiz onu da qeyd etdi ki, örüş yerlərinin pambığın ixtiyarına verilməsinə baxmayaraq, "ağ qızıl” istehsalçıları 2017-ci ili zərərlə başa vurublar:

"2017-ci ildə pambıq istehsalından əldə olunan gəlir cəmi 100 milyon manat olub ki, onu da qazanan ancaq ixracla məşğul olan oliqarxlar olub. Xam pambıq istehsalçıları isə gəlir əldə edə bilməyib. Bu məlumatları Dövlət Statistika Komitəsi verib. Xam pambığın maya dəyəri satış qiymətindən yüksək olub”.

 

Qeyd edək ki, rəsmi hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycana keçən ilin anoloji dövrü ilə müqayisədə 17 faiz çox ət idxal olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan əhalisi maldarlığa meylli olsa da, son zamanlar bu sahədə geriləmə baş verir.

 

 

ELÇİN

 

OXŞAR XƏBƏRLƏR

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....

Almaniya millisi baş məşqçi ilə MÜQAVİLƏNİ TƏZƏLƏDİ: "2027-ci ilədək..."

Almaniya millisinin baş məşqçisi Julian Nagelsmann ilə müqavilənin müddəti uzadılıb.   Sfera.az bildirir ki, bu barədə Almaniya Futbol Assosiasiyasın...

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. &n...

İsrail, yoxsa İran? - Hansı ölkənin ordusu daha güclüdür? - ARAŞDIRMA

İsrailin İrana hücumundan sonra ən çox maraq doğuran mövzulardan biri də hər iki ölkənin müdafiə potensialı ilə bağlı olub.   Maraqlıdır, hansı ölkən...