Əsl Süleyman Çakır azadlığa çıxır - FOTOLAR

Əsl Süleyman Çakır azadlığa çıxır - FOTOLAR
Türkiyədə mafiya liderlərindən hesab edilən Əlaəddin Çakıcı həbsdən azad ediləcək.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda mafiya liderinin vəkili sosial şəbəkədə məlumat verib.

Çakıcının Türkiyədə elan edilən amnistiya ilə azadlığa çıxacağı bildirilib. Bu qərara əsasən, 38 min nəfər məhbus vaxtından əvvəl azadlığa buraxılacaq.

Qeyd edək ki, Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. İddialara görə, "Kurtlar Vadisi” serialının əsas pesonajlarından biri olan Süleyman Çakır obrazı Əlaəddin Çakıcının prototipidir.

Əsl Süleyman Çakır azadlığa çıxır - FOTOLAR
Əsl Süleyman Çakır azadlığa çıxır - FOTOLAR
Əsl Süleyman Çakır azadlığa çıxır - FOTOLAR

OXŞAR XƏBƏRLƏR