Eskort \"turizm\" Azərbaycanda niyə geniş yayılır? - STATİSTİKA

Eskort \
Bu gün dünyada eskort-xidmətlər ("escort", yəni xaricdən, yaxud da ölkəsindən kiminsə dəvəti ilə, intim xidmətə görə istənilən məkana gələn və buna görə pul alan şəxs) geniş yayılıb.
 
Sosial şəbəkələrdə yayılan məlumatlara inansaq, bu xidmətdən istifadə edənlər arasında kifayət qədər azərbaycanlı da var. Hətta Azərbaycanda yeni bir turizm növü eskort "turizm" də geniş yayılıb. Belə ki, kişilər xaricdən, xüsusilə də, Ukraynadan ölkəmizə qadınlar dəvət edir. Onlar 1000 manat qarşılığında gəlir, bir neçə gün qalır, eskort-xidmətlər göstərir, daha sonra isə ölkələrinə qayıdırlar. 

Öncə eskort-xidmətlərlə bağlı dünyadakı vəziyyəti izah etmək üçün statistik rəqəmləri diqqətinizə çatdırırıq:

* Bu gün dünyada eskort "alıcı"larının 75 faizi ağ dərili, 6 faizi isə qara dərilidir. Onlarının 65 faizini qafqazlılar, 17 faizini asiyalılar, 5 faizini isə ispanlar təşkil edir. 

* Statistikaya görə, onların 62 faizi işgüzar şəxslərdir.

* Eskort "alıcı"ların 61 faizi öz ölkələrinə kimlərisə dəvət edərək onlara göstərdikləri xidmətə görə pul ödəyiblər. 

* Bu xidmətlərdən yararlananların 50 faizi övlad sahibi deyil.

* Belə şəxslərin 20 faizi isə 2 övlada sahibdirlər.

* Eskort alıcılarının 50 faizi subay, 49 faizi isə evli olub.

* Onların 44 faizinin bakalavr, 38 faizinin isə maqistr dərəcələri var.

* Eskort "alıcı"larının 29 faizi 31-40, 23 faizi 41-50, 22 faizi 22-30, 6 faizi 18-21 və 51 yaşdan yuxarıdır.

* Onların 41 faizi ən azı bir dəfə ailə həyatı quran, 38 faizi heç zaman ailə həyatı qurmayanlardır.

* Onların 40 faizinin illik gəlirləri 100 mindir.
 

Eskort "turizmi” Azərbaycanın milli-mentalitetinə, adət-ənənələrimizə ziddir - sosioloqlar, ziyalılar belə deyir.  Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva da Sfera.az-a açıqlamasında son zamanlar ölkəmizin adının məhz bu "turizm”lə hallanmasını məqsədyönlü addım kimi dəyərləndirib:
"Eskort "turizm” Azərbaycan üçün çox həssas mövzudur. Azərbaycanda eskort "turizm”in son zamanlar geniş yayıldığını deməzdən öncə müəyyən müşahidələr aparılmalıdır. Lakin təəssüflər olsun ki, Azərbaycanda bunu araşdıran bir qurum yoxdur. Ölkəmiz əsrlərdir ki, özünün milli mental dəyərlərinə sadiq olan bir ölkədir. Biz hələ də ailə həyatı qurarkən 13-14-cü əsrlərdəki ənənələrə riayət edirik. Azərbaycanda eskort "turizm”in olduğunu iddia edənlər regionda Azərbaycanın turizmə görə irəli çıxması, sovet ölkələri sırasında ən imkanlı, zəngini hesab olunmasını qəbul etməyənlərdir. Onlar sadəcə olaraq Azərbaycana qısqanc mövqedədirlər".       
      
Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...