“Eskort şirkətlərin harada yerləşməsindən xəbərim yoxdur” - Deputat

“Eskort şirkətlərin harada yerləşməsindən xəbərim yoxdur” - Deputat
"Azərbaycanda turizm sahəsində mövcud olan qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar Milli Məclisdə dinləmələrin keçirilməsi gözlənilir”.

Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov bildirib. 

Deputat deyib ki, Azərbaycanda turizm və digər xidmət sahələrində yeniliklərin aparılması ilə bağlı təkliflər mövcuddur. Onun sözlərinə görə, həmin təkliflər turizm sahəsində görüləcək işlərlə əlaqəlidir:

"Bilirsiniz, turizm Azərbaycan üçün yeni sahədir. Ona görə də hər hansı ölkədə bu sahəylə bağlı olan qanunları tələsik Azərbaycanda da tətbiq etmək olmaz. Hər turist qəbul edən yerin özünəməxsus yanaşmaları olur. Bütün bunlar dərindən öyrənilməli və sonra lazımı addımlar atılmalıdır”.

İlham Məmmədov qeyd edib ki, Azərbaycanda sağlamlıq turizmi ilə bağlı müəyyən boşluqlar mövcuddur:

"Həmin boşluqlarla bağlı mən də öz təkliflərimi irəli sürəcəm. Turizm Azərbaycanın dünyada tanıdılmasında və qeyri-neft sektorunun inkişafına təkan verməkdə ən vacib sahələrdən biridir. Hazırda Azərbaycanın sağlamlıq turizmi ilə bağlı çox böyük potensialı mövcuddur. Hesab edirəm ki, həmin potensialı lazımı səviyyədə üzə çıxartmaq lazımdır”.

İ.Məmmədov Azərbaycanda turizm sahəsində mövcud olan qiymətlərin bahalı olub-olmaması məsələsini də şərh edib. O bildirib ki, bu sahədə qiymətləri tədricən bazar özü tənzimləyəcək:

"Artıq Azərbaycanda otellərin sayı artır. İş adamları da otelçiliyin inkişafı sahəsində sərmayə qoyurlar. Hesab edirəm ki, bütün bunlar qiymətlərin tənzimlənməsinə gətirib çıxaracaq”.

Azərbaycanda ərəb turistləri tərəfindən eskort-xidmətlərinə və kazinolara böyük marağın olması barədə aparılan müzakirələrə də toxunan deputat bu cür xidmətlərin Azərbaycanda leqallaşdırılmasına qəti qarşı olduğunu söyləyib: 

"Azərbaycanda birmənalı olaraq kazino və eskort xidmətlərinə icazə verilmir. Ancaq bir çox ölkələr turizmin bu sahələrini prioritet seçiblər. Buna misal olaraq Gürcüstanın, Ukraynanın adını çəkmək olar. Qonşu Gürcüstan kazinolardan külli miqdarda gəlir əldə edir. Ancaq bu xidmətlərin Azərbaycanda mövcud olmasına yol verilmir. Bunun da öz səbəbləri var. İlk növbədə milli keçmişimizin və dəyərlərimiz, əxlaqi məsələlər buna yol verməz. Azərbaycan qadını tarixən qeyrət, namus simvolu olub. Ola bilsin ki, ərəb və digər turistlər tərəfindən eskort təkliflər verən şirkətlərə böyük maraq var. Eskort şirkətləri haqqında mən də mətbuatda eşidirəm. Ancaq onların harada və necə yerləşdməsindən xəbərim yoxdur. Ümumiyyətlə, mən bu cür xidmətlərə tərəfdar deyiləm. Kazino, eskort və sairə xidmətlər bizə yaraşmaz. Bizim öz mənəvi dəyərlərimiz var. Biz dədə-babadan öyrənmişik ki, qumar oynamaq və digər bu kimi vərdişlər pis hərəkətlərdir. Bu gələcəyimizə təsir edən hallardır. Azərbaycanın zəngin təbiəti və resursları var. Biz nə üçün kazino və ya digər xidmətlərlə ölkəyə turist cəlb etməliyik? Hesab edirəm ki, Azərbaycan özünün təbiəti ilə turistlərin böyük marağına səbəb olur”.

Orxan Bəşirov
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...