Əsgərlərimiz Ermənistanda partlayış törətdi

Əsgərlərimiz Ermənistanda partlayış törətdi
Azərbaycan əsgərləri ermənilərin qaz kəmərini partladıblar.

Zakir Həsənovun xüsusi tapşırığından sonra hərbçilərimiz ermənilərə aman vermir.

Erməni mətbuatı xəbər yayıb ki, Azərbaycan hərbçiləri iyulun 8-də və 9-da axşam saatlarında Ermənistanın Tavuş rayonunun Çinari kəndi yaxınlığındakı əraziləri atəşə tutması nəticəsində qaz kəməri partlayış baş verib.

Güclü partlayış nəticəsində xəsarət alan olmayıb.

Çinari kənd icmasının rəhbəri Samvel Sadoyanın sözlərinə görə, hazırda bölgədə sakitlikdir, atışma yoxdur.

Qeyd edək ki, erməni silahlı bölmələri son günlər Tərtərin təmas xəttinə yaxın yerləşən Qapanlı və Qaradağlı kəndlərini güləbaran edir. Azərbaycan əsgərləri qarşı tərəfin cavabını misli ilə verir.

Həmçinin bax: Zakir Həsənovdan tapşırıq: Dərhal zərbə endirilsin

Elə bu səbəbdən də müdafiə naziri general-polkovnik Zakir Həsənov yaşayış məntəqələrimizin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalisinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib. (ans)
Sfera.az

OXŞAR XƏBƏRLƏR