\"Əsədin Moskva görüşündən sonra...\" - Ekspert gərginləşən Rusiya-Türkiyə münasibətləri haqda

\
"Moskva Türkiyə ilə imzaladığı Suriya probleminə dair Soçi anlaşmasını pozmağa çalışır. Bu azmış kimi, Türkiyə hərbçilərinin İdlibdəki mövqelərinə Əsəd rejiminin qüvvələri və Rusiya bombardmançıları vasitəsilə havadan zərbələr endirmək istəyirlər”.

Bu sözləri Sfera.az-a açıqlamasında Suriya rejiminin rəhbəri Bəşər Əsədin Moskvaya səfərindən sonra Türkiyə ilə Rusiya arasında səhnə arxasında ciddi mübarizənin başlandığından danışarkən, politoloq Natiq Miri deyib:
 
"Bu, Türkiyə - Rusiya qarşıdurmasına gətirib çıxaracaq. Belə bir qarşıdurmanın baş vermə ehtimalı potensial olaraq ciddidir. Bəşər Əsədin bu yaxınlarda təcili şəkildə Moskvaya səfəri məhz bunun göstəricisidir. Həmin görüşdə Vladimir Putinin Suriyada qeyri-qanuni olan qüvvələrin Dəməşq iqtidarı üçün problem yaratdığı və onların təcili çıxarılmasının vacibliyini qeyd etdi. Qeyri-qanuni qüvvələr deyəndə Putin əlbəttə ki, Türkiyəni nəzərdə tutub.
 
Çünki Fəratın şərqindəki ABŞ-ın dəstəklədiyi PKK-ın Suriya qolu olan PYD, YPQ qüvvələri istənilən səviyyədə Dəməşq və Rusiya ilə anlaşa bilirlər. Hətta Dəməşq bu ərazilərdə çıxan öz neftini pulunu ödəməklə terrorçulardan rahatca alır. Ona görə də həmin ərazi ilə Dəməşqin problemi yoxdur. Yeganə problem İdlib və Suriyanın şimalında yerləşən Türkiyə qüvvələridir ki, artıq Moskva bundan narahat olmağa başlayıb. Məhz bu gərginliyin səbəbidir ki, ABŞ səfərindən sonra Türkiyə Prezidenti Soçiyə Putinlə danışmağa gedəcək”.
 
Ekspertə görə, belə danışıqlara ehtiyacın yaranmasının özü Suriya məsələsində Moskva ilə Ankara arasında ciddi problemin yarandığından xəbər verir:
 
"Ankara ilə Moskva Qarabağda da bir-birinə qarşı dayanıb. Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişəndən sonra artıq hərbi təxribatlar Rusiya tərəfindən törədilir. Düşünürəm ki, sülhməramlıların komandanı Kosobokov da məhz bu missiya ilə Qarabağa göndərilib. Ona görə də bu gün bölgədə Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında ciddi mübarizə gedir”.
 
Elçin
 

OXŞAR XƏBƏRLƏR