Ərzaq alarkən buna diqqət edin - Nazirlik

Ərzaq alarkən buna diqqət edin - Nazirlik

Nazirlik ərzaq məhsulları alarkən saxlanma şəraitinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən Sfera.az-a verilən məlumata görə, istilərin düşməsi ilə əlaqədar vətəndaşlar daha diqqətli olmalıdır.

Məlumatda deyilir ki, saxlanılması zamanı temperatur rejiminə əməl olunmaması və ya açıq havada günəş altında saxlanılması ərzaq məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikro-orqanizmlərin miqdarının artmasına və кeyfiyyətinin aşağı düşməsinə səbəb olur. Odur ki, ərzaq malları alarkən onların saxlanma şəraitinin məhsulun etiketində göstərilmiş məlumatlara uyğunluğuna, günəş şüalarının birbaşa təsirindən qorunmasına, ticarət obyektinin təmiz və yaхşı havalandırılan olmasına diqqət edin.

Dövlət Xidmətindən bildirilir ki, bu tələblərə əməl olunmayan ticarət obyektlərindən mal almaqdan çəkinin.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR