Ermənistanın sabiq prezidenti həbs olunacaq

Ermənistanın sabiq prezidenti həbs olunacaq
Ermənistanın ikinci prezidenti Robert Koçaryan məhkəmə qərarı ilə həbs olunmalıdır.
 
Bunu sabiq prezidentin vəkili Ayk Alumyan deyib.

Onun sözlərinə görə, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişməz saxlayıb və vəkillərin vəsatətləri təmin olunmayıb.
Qeyd edək ki, R.Koçaryan dövlət quruluşunu devirmək cəhdinə ittiham olunaraq bu ilin iyulunda həbs olunmuşdu. Apellyasiya məhkəməsi onu azad etsə də Ali məhkəmənin tələbi ilə işə yenidən baxılıb./trend
 

OXŞAR XƏBƏRLƏR