Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvan sərhədində
Gündəm
21:35 / 18.05.2018
3334
Ermənistanın müdafiə naziri David Tonoyan və xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində olublar.
Sfera.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan özünün Facebook səhifəsində yazır.
Xatırladaq ki, iki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyev Naxçıvana səfər edib, bir sıra obyektlərin açılışında iştirak edib və muxtar respublikada dislokasiya olunmuş əlahiddə ümumqoşun ordusuna baş çəkib. Prezident bildirib ki, Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş birləşməsi ən müasir silahlarla, güclü raketlərlə silahlanıb və düşmənin istənilən həmləsinin qarşısını almağa, uğurlu əks-həmlə həyata keçirməyə qadirdir. Azərbaycan prezidentinin bu səfəri düşmən ölkədə növbəti dəfə "Naxçıvandan qaynaqlanan təhdidlə" bağlı panika yaradıb.