Ermənistanın Müdafiə Nazirliyi əsgər ölümünü gizlətdiyini etiraf etdi

Ermənistanın Müdafiə Nazirliyi əsgər ölümünü gizlətdiyini etiraf etdi
Ermənistanın Müdafiə Nazirliyi hərbçi Edqar Qriqoryanın ölümünün gizlədilməsi faktını etiraf edib.

"Müddətli xidmət hərbçisi Edqar Qriqoryanın yeni il gecəsi ölümü barədə məlumat dərc edilməyib, lakin bununla birlikdə gizlədilməyib”.Bu bəyanatla özünün "Facebook” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan çıxış edib.

Bu məsələni "tert.am” portalı üçün Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan da şərh edib.

"O zaman əsgərin ölümü barədə məlumat dərc edilsəydi, ola bilsin ki, bu, istintaqın gedişinə mane olardı”, - o bildirib.

"İlkin istintaq aparılır və təfərrüatlar müəyyənləşdirilməlidir. Biz hadisənin hansı şəraitdə baş verdiyini bilmirik”, - nazir müavini əlavə edib.


"Bu günə qədər Ermənistanda yalnız ordu ona görə ən azı xəcalət çəkilməyəcək yeganə institut olaraq qalırdı. Heç olmasa, vətənin müdafiəçiləri arasında itkilər haqqında xəbər verilməsi kimi vacib prinsip qorunurdu. Bu, acı, lakin dürüst prinsip idi. Lakin indi məlum olur ki, ölkədə artıq bu prinsip də işləmir”, - virtualaz.org xəbər verir ki, bunu Ermənistan hakimiyyətinin orduda hərbçilərin ölüm hallarını gizlətməsi barədə məlumatı şərh edən "Yerkramas” erməni qəzeti yazır.

Belə ki, Ermənistan KİV-lərinin məlumatına görə, yeni il gecəsi Naxçıvanla sərhəddə hadisə baş verib. Yanvarın 1-i səhər saat 4-də Ermənistan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin döyüş mövqeyində müqavilə üzrə xidmət edən hərbçi Qriqoryan Edqar Eduardoviç döş qəfəsi nahiyəsində güllə yarası ilə aşkarlanıb. Yaralı döyüşçü Mehridəki tibbi mərkəzə çatdırılıb, lakin saat 8:10-da onun ürəyi dayanıb.

Ölüm faktı üzrə İstintaq Komitəsi tərəfindən CM-nin 110-cu maddəsinin 1-ci bəndi (intihar həddinə çatdırma) üzrə cinayət işinə başlanıb.

"Lakin ölkədə yeni il şənlikləri davam edirdi, yumşaq hakimiyyət var gücü ilə özünün növbəti Pir qələbəsini – Yerevanın ələ keçirilməsini və parlame tin tamamilə işğal edilməsini qeyd edirdi. Bu bayramı "qaralamamaq” üçün Müdafiə Nazirliyi və İstintaq Komitəsi hüznlü xəbəri ictimaiyyətdən gizlətmək qərarına gəliblər. Və yalnız indi – hadisənin üstündən ay yarım keçəndən sonra döyüşçünün ölümü haqqında məlum olur”, - nəşr yazır.

Jurnalistlərin hərbçinin ölümü faktının nəyə görə açıqlanmaması barədə sualına müvafiq orqanlardan cavab alınmayıb. Virtualaz

OXŞAR XƏBƏRLƏR

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...