Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub

Ermənistanın müdafiə nazirinin Rusiyaya səfərinin əsl məqsədi bəlli olub
 Ermənistan müdafiə naziri David Tonoyanın rusiyalı həkmarı Sergey Şoyqu ilə görüşünün əsas məqsədi məlum olub. Məqsəd Ermənistan baş naziri Nikol Paşinyan ilə Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etməkdir.

Sfera.az xəbər verir ki, bir neçə saat bundan əvvəl Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz "Facebook” səhifəsində maraqlı status paylaşıb: 

"Ermənistan müdafiə naziri David Tonoyan Rusiya Federasiyasında rəsmi səfərdədir. Səfərin məqsədi Rusiyanın "Kapustin Yar” (Volqoqrad şəhəri) hərbi məktəbində keçirilən "Qafqaz-2020” strateji komanda-qərargah təliminin əsas mərhələsində iştirak etməkdir”.

Sfera.az xəbər verir ki, Tonoyan Rusiyaya bu gün yox, dünən, yəni 24 sentyabr tarixində gedib. Həmin gün axşam saatlarında Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.

Qeyd edək ki, Tonoyan Rusiyanın münasibət saxladığı yeganə erməni yüksək vəzifəli şəxsdir. Bir sıra mənbələrdə görüşün əsl məqsədi açıqlanıb – Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin görüşünü təşkil etmək. 

İki ölkə rəhbərinin şəxsi münasibətlərinin sıfıra bərabər olması heç kim üçün sirr deyil. Bunun açıq təsdiqi iki rəhbər arasında rəsmi görüşlərin və ya telefon danışıqlarının olmamasıdır. Sonuncu dəfə Putinlə Paşinyan arasında telefon danışığı Paşinyanın ad günündə olub, Rusiya prezidenti onu ad günü münasibətilə təbrik edib. 

O da bildirilir ki, bugünkü səy Paşinyan tərəfindən cəhd edilən, lakin Putin tərəfindən imtina olunan səylərdən biridir.

Görünür, vasitəçi rolunda iştirak edən Tonoyan iki şəxs arasında münasibətləri isitmək və görüş təşkil etmək tapşırığı alıb.

Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarqsyan ilə də Rusiyanın rəsmi dairələrinin münasibətləri tamamilə pozulub. 

Bizdən isə erməni xalqına həmişəki kimi məsləhət: Qafqaz xalqlarında qəbul olunan qaydaya görə, elçi adətən, oğlan tərəfdən qız evinə göndərilir. Paşinyan ilə Putin arasındakı münasibətlərdə kimin qız, kimin oğlan tərəf olması hamıya bəllidir. Görünən odur ki, bu dəfə qız evi təntiyib və evdə həddən artıq müddətdə qalmış Paşinyan özü elçi düşməyə məcbur olub. Nə deyək, "Allah xoşbəxt eləsin!”
 
 
(mediapost)

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...