Ermənistanın itən hərbi təyyarəsi yarğanda TAPILDI

Ermənistanın itən hərbi təyyarəsi yarğanda TAPILDI
Ermənistan Silahlı Qüvvələrinin radarlardan yoxa çıxmış Su-25 hərbi təyyarəsi ölkənin Şirak vilayətinin Bardzraşen kəndinin yaxınlığında yarğanda tapılıb.
 
"Shamshyan.com” erməni nəşrinə görə, hərbi maşının və pilotunun başına gələnlər barədə əlavə məlumat yoxdur.

*   *   *12:57

Bu gün yerli vaxta saat 10:20-də Ermənistan Silahlı Qüvvələrinin Su-25 hərbi təyyarəsi ilə əlaqə itib.

"Aysor” erməni nəşrinin xəbərinə görə, təyyarə gündəlik hərbi hazırlıq planına müvafiq olaraq, təlim-məşq uçuşu həyata keçirirmiş.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə saat 10:06-da Gümrü şəhərinin hava limanından uçuş edib.
 
 
/Virtualaz.org

OXŞAR XƏBƏRLƏR