Ermənistanın eks-deputatı: Azərbaycan rəsmiləri Ermənistan hakimiyyətini “döyür”

Ermənistanın eks-deputatı: Azərbaycan rəsmiləri Ermənistan hakimiyyətini “döyür”

Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş deputat Armen Aşotyan ölkəsinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünə qatılmamasını tənqid edib.

"Azeridaily”nin məlumatına görə, A.Aşotyan Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini xatırladıb.

O deyib ki, Azərbaycan illərdir buna hazırlaşırdı və Hərəkat rəsmi Bakı üçün beynəlxalq aləmdə öz mövqeyini irəli sürmək istiqamətində əsas vasitələrdən birinə çevrilib.

 

A.Aşotyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə nitqinin əsas hissəsini Qarabağa həsr edərək Azərbaycanın maraqlarını qoruyub.

"Bu fonda Ermənistan hakimiyyətinin Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak etməməyə qərar verməsi istehza doğurur. Halbuki Ermənistan Qoşulmama Hərəkatında müşahidəçi statusundadır. Lakin bir neçə gün qabaq Ermənistanın Xarici İşlər Nazirliyi bəyan etdi ki, ölkənin bu sammitdə iştirakı məqsədəuyğun deyil”, - deyə A.Aşotyan əlavə edib.

Eks-deputat vurğulayıb ki, Ermənistan gücsüz və "dişsiz” xarici siyasət yürüdür:

"Mən dəfələrlə demişəm ki, bizim yüksək vəzifəli rəsmilərimiz, xüsusilə parlamentin sədri və Milli Təhlükəsizlik Şurasının katibi beynəlxalq platformalarda Qarabağ məsələsi ilə bağlı danışmaqdan çəkinirlər.

Beləliklə də, Azərbaycanın yüksək ranqlı rəsmiləri Ermənistan hökumətinin nümayəndələrini və mövcud hakimiyyəti "döyür”. Onlar (Ermənistan hakimiyyətini nəzərdə tutur) hər hansı bir əks tədbir görmürlər”.

A.Aşotyan Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın BBC-yə "Hard Talk” verilişinə verdiyi müsahibəyə də toxunub.

O bildirib ki, Z.Mnatsakanyanın müsahibəsi uğursuz idi.

"Ermənistan hökumətinin təbliğat maşını Xarici İşlər nazirinin qalmaqallı müsahibəsinin nəticələrinin qarşısını almaq üçün əbəs yerə çalışır. Lakin təqdim olunan arqumentlər parlament diplomatiyası qədər zəifdir. Bu insanlar elə bilir ki, ölkə daxilində nağıl danışmaqla xaricdə siyasəti gücləndirirlər”. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Aİ Rusiyanın aktivlərindən 3 milyard gəliri Kiyevə köçürmək niyyətindədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib ki, bütün Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya köçürülməsi ...

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu Arda Güler ​​üçün rəsmi transfer təklifi gəlib.   “Real Madrid”in &ld...

Qüds toz dumanına büründü - FOTO

Qüdsdə və ətraf ərazilərdə qum fırtınası meydana gəlib.   Sfera.az xəbər verir ki, qum fırtınası sosial həyata mənfi təsir edib.   Hə...

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.   Sfera.az-ın məlumatına görə, bunu açıqlamasınd...

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...