Ermənistanı təşvişə salacaq rəqəmlər açıqlandı

Ermənistanı təşvişə salacaq rəqəmlər açıqlandı

Dünyada dövlətlərin hərbi xərcləri 1,7 trilyon dollara (2015-ci ildə 1 %) qədər artıb.

Sfera.az anpress-ə istinadən bildirir ki, bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) yaydığı statistikada bildirilir.

Azərbaycanın 2015-ci il büdcəsi 3 milyard dollar olub.
Orduya ən çox pul xərcləyən isə ABŞ-dır. Dünyadakı hərbi xərclərin 36%-i ABŞ-ın payına düşür. Birləşmiş Ştatların 2015-ci ildə hərbi xərcləri 589 milyard dollar təşkil edib.

Reytinq siyahısında ikinci və üçüncü yerləri Çin və Səudiyyə Ərəbistanı bölüşdürür. İqtisadi cəhətdən zəifləmə dövrünü yaşayan Rusiya dördüncü yeri tutur.

2015-ci ildə Şimali Amerika, Qərbi Avropa, Afrika, Latın Amerikasının bəzi dövlətləri  hərbi xərclərində  ixtisarlar (2,4%) aparıb. Amma Asiya və Okeaniya, Şərqi  və Mərkəzi Avropa, həmçinin Yaxın Şərq ölkələri hərbi xərclərini artırıb.

SIPRI-ın statistik məlumatında dünya bazarında neftin qiymətinin düşməsinin hərbi xərclərə təsiri də qeyd edilib. Rusiya, Azərbaycan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin büdcəsinin neftdən asılı olmasına baxmayaraq, hərbi xərclərin artdığı qeyd edilib.

Ordumuz erməniləri bu dəfə də "vurdu"
Hesabatda bildirilir ki, neft qiymətlərinin azalmasına baxmayaraq, Azərbaycanın hərbi xərcləri 2014-ci ilə nisbətən 2015-ci ildə 8,0% artıb. Bu  2006-cı illə müqayisədə 165% çoxdur.

Azərbaycanın 2015-ci il büdcəsi 3 milyard dollar olub. Ermənistanın 2015-ci il üçün hərbi büdcəsi 447 milyon dollar olub. Bu 2006-cı ilə müqayisədə 7,7%-dən  çoxdur.

Azərbaycan hərbi büdcədə olduğu kimi dünyanın  ən güclü orduların reytinqində də Ermənistanı qabaqlayıb. Bir müddət əvvəl hərbi gücün indeksi "Global Firepower" portalının mütəxəssislərinin tədqiqatları əsasında qiymətləndirilmə aparılıb.

Hərbi gücü müəyyənləşdirən ekspertlərin rəyinə görə, Azərbaycan Silahlı Qüvvələri 64-cü yeri tutub. Ermənilər siyahıda 74-cü yerdə qərarlaşıb. Digər qonşumuz Gürcüstan reytinqdə 75-ci yerdədir.

Siyahının ilk onluğunu təşkil edən dövlətlər: Yaponiya, Hindistan, Fransa, Cənubi Koreya, İtaliya, Böyük Britaniya və Türkiyədir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...