Ermənistanı silkələyən olay: Qızı və həyat yoldaşını fahişəliyə məcbur etdi

Ermənistanı silkələyən olay: Qızı və həyat yoldaşını fahişəliyə məcbur etdi
Ermənistanın Şirak (Gümrü) şəhərində baş verən hadisə ölkəni "silkələyib”.

Sfera.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, şəhər sakini 53 yaşlı Aşot İşxanyanın öz həyat yoldaşı və 19 yaşlı qızını fahişəliyə cəlb etməsi, insanların etirazına səbəb olub. Fakt kiçik ərzaq dükanında satıcı işləyən İşxanyanın bir səhvindan sonra üzə çıxıb.

Məlum olub ki, 53 yaşlı kişi 7 il həyat yoldaşını, 2 il 19 yaşlı qızını fahişəliyə məcbur edərək gəlirini artırmağa çalışıb. Qeyd edilir ki, İşxanyanın həyat yoldaşı və qızının əsas müştəriləri evin yaxınlığından keçən yük maşınlarının sürücüləri olub. 

Yaşadığı evi magistral yolun kənarında yerləşən Aşot bundan istifadə etmək qərarı verir və bu yolla öz gəlirlərini artırmaq haqda düşünür. Evinin yaxınlığında yerləşən yeməkxanada yemək yemək üçün tez-tez maşınlarını saxlayan sürücülər onun iştahasını artırıb və ilk fürsətdə həyat yoldaşını sürücülərdən birinə təklif edib. O, bu məqsəd üçün evindən istifadə edib. Lakin bir gün etdiyi səhv Aşota baha başa gəlib.

Belə ki, yeməkxanaya yaxınlaşan 53 yaşlı erməni, sürücü zənn etdiyi kişilərdən birinə 19 yaşlı bir qızla yatmaq təklifini verib. Fakt da bundan sonra ortaya çıxıb. Məlum olub ki, Aşot İşxanyanın öz qızını təklif etdiyi kişi sürücü yox, mülki geyimli polis əməkdaşıdır. Bundan sonra hadisənin izinə düşən polis Aşot İşxanyanın çirkin əməllərini ifşa edərək onu həbs edib.

İstintaqa ifadə verən həyat yoldaşı və qızı məcburi şəkildə fahişəliklə məşğul olduqlarını bildiriblər. O, ailəsinin hər iki üzvünü ölümlə hədələyərək əz əməllərini həyata keçirib.


Mənsur Rəğbətoğlu
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...