Ermənistandan növbəti NÜVƏ AÇIQLAMASI

Ermənistandan növbəti NÜVƏ AÇIQLAMASI

Ermənistanın nüvə silahı yoxdur və respublika onu yaratmağı düşünmür, bundan əlavə, ölkədə nüvə fizikası üzrə mütəxəssislər var. 

Sfera.az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistan Dövlət elm komitəsinin sədri Samvel Artunyan deyib. 

"Bizim nüvə fizikası üzrə yaxşı mütəxəssislərimiz var, erməni əsilli mütəxəssislərin çoxu xaricdədir. Nüvə silahına sahib olmaq üçün külli miqdarda vəsait olmalıdır. Bundan başqa, biz nüvə silahının istehsalı ilə məşğul olmayacağımıza, dinc əməklə məşğul olacağımıza dair razılaşma imzalamışıq", - Artunyan vurğulayıb. 

Artunyan, həmçinin bildirib ki, hazırda Ermənistanda pilotsuz uçan aparatların sınağı keçirilir. "Xeyli müddətdir ki, bizdə uçan aparatlar istehsal edilir və bu istiqamətdə işlər aparılır".

Qeyd edək ki, mayın 26-sı Ermənistanın sabiq baş naziri Qrant Baqratyan yenidən Ermənistanda nüvə silahının olduğunu bildirib. Siyasətçi əlavə edib ki, bu silah ötən əsrin 70-ci illərindən Ermənistanda var.


OXŞAR XƏBƏRLƏR