Ermənistandan daha bir təxribat: Azərbaycanlı sakin oğurlanıb?

Ermənistandan daha bir təxribat: Azərbaycanlı sakin oğurlanıb?
"Bu gün saat 01:30 radələrində Ermənistanın şimal-şərq istiqamətindəki "N" nömrəli hərbi hissənin müdafiə zolağında, erməni əsgərləri tərəfindən aşkar edilərək, xəbərdar edilən və xəbərdarlığa məhəl qoymayan Ermənistan sərhəddini pozan naməlum şəxs zərərsizləşdirilib". 

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan öz "Facebook" səhifəsində yazıb. 

"Alt çənə nahiyyəsindən aldığı odlu silah yarasından sonra ona ilk tibbi yardım göstərilib. Daha sonra tibb müəssisəsinə təxliyyə edilib. Onun həyatına təhlükə yoxdur. Onun üzərində aşkar edilən sənədlərə əsasən 1986-cı il təvəllüdlü, Azərbaycan Respublikasının Qazax rayon sakini Elvin Arif oğlu İbrahimovdur. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq departamenti tərəfindən cinayət işi açılıb. İlkin istintaq davam edir", - deyə Hovhanisyan qeyd edib. 

Qeyd edək ki, erməni tərəfinin yaydığı məlumat hər zamakı kimi həqiqəti əks etdirmir. Belə ki, 15 iyul 2018-ci il tarixdə səhər saat 07:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən görülmüş müvafiq tədbirlər nəticəsində Qazax rayonunun Kəmərli kəndinin "Balakənd" adlandırılan ərazisində ölkəmizdə terror aktına cəhd etməyi planlaşdıran Karen Kazaryan adlı erməni diversant ələ keçirildi. Məhz bu təxribatçı aktın qarşısının alınmasından sonra Ermənistanda Paşinyan hakimiyyətinə qarşı çoxsaylı etiraz aksiyaları keçirildi. Görünür, terrorçuluq fəaliyyətləri sübuta yetirilən Kazaryanın həbsdən buraxılmayacağını dərk edən Ermənistan hakimiyyəti ictimai təzyiqin qarşısını almaq üçün növbəti dəfə təxribata əl atıb. Böyük ehtimalla yuxarıda yaralandığı qeyd olunan Qazax sakini rəsmi Bakıya təzyiq göstərmək məqsədi ilə planlı şəkildə oğurlanıb. 

Xatırladaq ki, Azərbaycanda Arsen Bağdasaryan, Karen Qazaryan və Zaven Karapetyan olmaqla 3 erməni kəşfiyyatçısı saxlanılır. 

Ermənistanda isə Azərbaycan vətəndaşı Şahbaz Quliyev və Rusiya vətəndaşı Dilqəm Əsgərov girovluqda saxlanılır. Ordu.az

OXŞAR XƏBƏRLƏR

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...