Ermənistandan axıdılan çirkab suların təsiri nəticəsində... - Monitorinq

Ermənistandan axıdılan çirkab suların təsiri nəticəsində... - Monitorinq
 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə sentyabr ayında növbəti monitorinq həyata keçirib.

Sfera.az-ın  terend-ə istinadən bildirir ki, Departamentin mütəxəssisi Gülnarə Abbasova deyib ki, monitorinqin nəticələrinə əsasən Kür və Araz çaylarının yuxarı axınında yerləşən Gürcüstan və Ermənistan respublikalarının ərazilərindən bu su obyektlərinə lazımi təmizlənmə aparılmadan, əksər hallarda isə birbaşa axıdılan məişət və sənaye mənşəli çirkab suların təsiri nəticəsində çaylarda bəzi zərərli maddələrin miqdarı sanitar-ekoloji normadan artıq olması müşahidə olunub.

G.Abbasova həmçinin bildirib ki, sentyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının III ongünlüyünə nisbətən 31 m3/san artaraq 133 m3/san təşkil edib.

Onun sözlərinə görə, sərhəddən keçdikdən sonra Kür çayı - Şıxlı-2, Ağstafaçay, Ağstafa su anbarında, Araz çayının Horadiz, Bəhramtəpə və I Şahsevən məntəqələrində spesifik çirkləndiricilərin miqdarının normadan çox olması müəyyənləşdirilib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4,9 -6,90 mq/l arasında dəyişib.

Sentyabr ayının I ongünlüyündə aparılan monitorinqlərin fiziki-kimyəvi analiz nəticələrinə görə suyun tərkibində fenollar aşağıdakı məntəqələr üzrə Kür-Şıxlı-2-də 1,2 , Agstafa sa Musaköy k.-də 1,2, Ağstafaçay-Qazax şəhərində isə 1,8 dəfə normanı keçib. Araz çayı-Horadiz, Araz çayı -Bəhramtəpə və Araz çayı-I Şahsevən məntəqələrində isə fenollar 1,9-2,5 dəfə normanı keçib. Biogen maddələrin isə yol verilən qatılıq həddini (YVQH) keçdiyi qeydə alınmayıb.

 

Xatıqladaq ki, 18 sentyabr Ümumdünya Su Monitorinqi Günüdür. Bu gün Amerika Təmiz Su Fondu tərəfindən su obyektlərinin çirklənməsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə 2003-cü ildə təsis edilib və həmin gün dünyanın bir çox ölkəsində qeyd edilir.


OXŞAR XƏBƏRLƏR

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...