Dünya

Ermənistanda vəzifəli şəxs barədə şok ittiham: Körpələri başqa ölkələrə övladlığa verib

Ermənistanda vəzifəli şəxs barədə şok ittiham: Körpələri başqa ölkələrə övladlığa verib

Ermənistanda tibb mərkəzinin rəhbəri Razmik Abrahamyan qanunsuz olaraq uşaq övladlığa götürməkdə şübhəli bilinib.

RİA-nın məlumatına görə, Ermənistan İstintaq Komitəsi ölkənin ən böyük doğum evlərindən birinin rəhbəri olan həmin şəxsi körpə uşaqların əcnəbilər tərəfindən qanunsuz olaraq övladlığa götürülməsi ilə əlaqədar cinayət işində ittiham edib.

 

Daha əvvəl Respublika Reproduktiv Sağlamlıq Perinatologiya Doğum və Ginekologiya Mərkəzinin direktoru Razmik Abramyan, direktor müavini Arşak Cerceryan və "Yerevan Uşaq Evi”nin rəhbəri Liana Karapetyan uşağın valideynlərdən qanunsuz ayırma ittihamı ilə tutulmuşdu.

Noyabr ayının ortalarında Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkədə 30-dan çox uşağın İtaliya vətəndaşları tərəfindən qanunsuz övladlığa götürülmə faktını aşkarlayıb.

Şöbənin mətbuat mərkəzindən verilən məlumata görə, qurulmuş sxem çərçivəsində doğum evlərindən birinin işçiləri qadınları uşaqlarını tərk etməyə və övladlığa verməyə razı olmağa təşviq edib, ananın yazılı razılığını aldıqdan sonra uşaqları tibbi sənədlərlə uşaq evinə göndəriblər. (oxu.az)

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829