Ermənistanda təlimdə ehtiyatsızlıq - Ölən və yaralanan var

Ermənistanda təlimdə ehtiyatsızlıq - Ölən və yaralanan var
Ermənistanın cənub-qərbində təlimlər zamanı bir hərbçi həlak olub.

Sfera.az-ın  erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin Müdafiə nazirliyi bildirib.

Nazirliyin açıqlamasına görə, hərbçi döyüş xidməti qaydalarının pozulması nəticəsində həyatını itirib. Daha bir nəfərin yaralandığı deyilir.

Yerli KİV-lərin məlumatına əsasən, bu hadisəni törətməkdə şübhəli bilinən şəxs aşkar edilib.

Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR