\"Ermənistanda seçkidən sonra cərəyan edəcək olaylar...\" - Ekspert Paşinyanın qalibiyyətini şərh edir

\
"Düşünürəm ki, hər şey seçkilərdən sonra Nikol Paşinyanla Vladimir Putin arasında əldə oluna biləcək məxfi sövdələşmələrdən asılı olacaq”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Ermənistanda baş nazir Nikol Paşinyan komandasının qələbəsilə başa çatan seçkilərin ardınca, ona rəqib olan və parlamentə düşə bilməyən "Qarabağ klanı”nın dekabrın 11-də etiraz aksiyalarına başlayacağı ilə əlaqədar bəyanatı fonunda işğalçı ölkədə situasiyanın necə cərəyan edəcəyilə bağlı proqnozlarını bölüşən MDHP sədrinin müavini, politoloq Elşən Mirzəoğlu deyib.
 
Politoloqun fikrincə, Ermənistanda Paşinyan hakimiyyətə gəlsə də, hələ də ölkədə prosesləri Moskva idarə etməkdə davam edir və ona görə seçkidən sonra cərəyan edəcək proseslər də məhz Kremlin istəyindən asılı olacaq:
 
"Çünki indiki şəraitdə Paşinyanın birmənalı şəkildə Qərbdən dəstək alması hələ heç nə demək deyil. Moskvanın Ermənistana, onun hakimiyyət institutlarına ciddi təsir imkanları qalır. Bu imkanlar hərbi, siyasi, maliyyə baxımından kifayət qədər ciddi və genişdir. Ona görə də düşünürəm ki, "Qarabağ klanı”nın kifayət qədər fəallaşa biləcəyi və Paşinyan hakimiyyətinin legitimliyinə şübhə gətirə biləcəklərilə bağlı imkanları Rusiyanın bu məsələdə oynayacağı rol və sərgiləyəcəyi mövqedən asılı olacaq. İstisna deyil ki, Qərb dövlətləri Ermənsitandakı həmin seçkinin demokratik keçirildiyini bəyan edəcək. Lakin Paşinyanın məhz Rusiya ilə seçkilərdən sonra hansısa məxfi danışıqları və bu zaman əldə oluna biləcək razılıqlar onun hakimiyyətinin müqəddəratını bu və ya digər şəkildə həll edəcək. Ermənistana konkret Soros fondu tərəfindən olan dəstək hələ ABŞ tərəfindən verilən dəstək deyil. Hətta ABŞ prezidenti Donald Trampla Soros arasında kifayət qədər gərginlik var. Soros ABŞ-dakı prezident seçkilərində demokratlara dəstək verib. Ona görə də, Ermənsitanda hadisələrin necə cərəyan edəcəyini dəqiq proqnozlaşdırmaq üçün bir neçə gün gözləmək lazım gələcək. Rusiya ciddidən-ciddiyə "Qarabağ klanı”na dəstək vermək niyyətinə düşsə, bu Ermənsitan üçün kifayət qədər ciddi rezonans doğuracaq.
 
"Qarabağ klanı” ciddi maliyyə imkanlarına malikdir. Bu mənada "Qarabağ klanı”nın seçkilərdən sonra keçirmək istədiyi etiraz aksiyaları Ermənistanın indiki hakimiyyəti üçün ciddi problemlər yarada bilər. Böyük siyasət böyük pullar tələb etdiyi kimi, Ermənistanın bundan sonra hansı istiqamət üzrə gedəcəyilə bağlı məsələlərə İrəvana böyük güclərin böyük pullar verə biləcəyilə bağlı amillərdən kifayət qədər asılı olacaq”.
 
Qeyd edək ki, Ermənsitranda dekabrın 9-da baş tutan növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın dəstəklədiyi blok qalib gəlib. Bu qüvvələr səslərin 70 faizini əldə ediblər. Əvvəlki hakimiyyət təmsilçiləri olan Respublikaçılar Partiyası isə heç 5 faizlik baryeri aşa bilməyərək, parlamentdən kənarda qalıblar. Bu fonda həmin partiyanın özüyini təşkil edən "Qarabağ klanı” dekabrın 11-də yeni hökumətə qarşı etiraz aksiyaları təşkil etməyi düşünür. Aksiyaya səbəb olan amillərdən biri də eks-prezident Robert Köçəryanın həbsidir. Bir sözlə, Ermənistan yenidən daxildə ciddi gərginlik məkanına daxil ola bilər.
 
ELÇİN
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Yeni strateji dövrdə Yelo innovativ bank mövqeyini gücləndirəcək” - MÜSAHİBƏ

Emil müəllim, xoş gördük. Gəlin 2023-cü ilə qısa baxış edək. Ötən ili həm Bankınız, həm də maliyyə sektoru üçün necə dəyərləndirirsiniz?   İlk öncə müs...

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...