Dünya

Ermənistanda növbədənkənar seçkilərin keçiriləcəyi tarix açıqlandı

Ermənistanda növbədənkənar seçkilərin keçiriləcəyi tarix açıqlandı
Ermənistan parlamentinə növbədənkənar seçkilər 9 dekabrda keçiriləcək.

Sfera.az xəbər verir ki, bu məlumatla "Jamanak” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, Ermənistan baş naziri Nikol Paşinyanın nə vaxt istefa verəcəyi məlum deyil. Lakin yeni seçkilər hökumət başçısının istefasından 30 gün sonra, parlamentin buraxılmasından ən gec 45 gün sonra keçirilməlidir. Beləliklə, seçkilər noyabrın sonundan dekabrın ortasınadək keçirilə bilər.

"Jamanak” parlamentin prosessual proseduralarla (baş nazirin seçilməməsi, parlamentin buraxılması, növbədənkənar seçkilərin keçirilməsi) bağlı vaxtının qalması üçün Paşinyanın sabah ya birigün istefaya gedəcəyini bildirib.

Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31