Dünya

Ermənistanda itaətsizlik aksiyası

Ermənistanda itaətsizlik aksiyası
 

Bütün sahələrdə böhranın hökm sürdüyü Ermənistanda təqaüdçülər də hökumətdən narazıdırlar. Yerevanda itaətsizlik aksiyasına başlayan təqaüdçülər qayğı və diqqətdən kənar qaldıqlarını bildirirlər.

AzərTAc xəbər verir ki, hökumət binası qarşısına toplaşan yaşlı nəslin nümayəndələri onlara verilən təqaüdlərin ərzaqlarına və dərmanlarına çatmadığını deyiblər. Onlar bildiriblər ki, üzləşdikləri problemlə bağlı rəsmi qurumlara müraciət edə bilmirlər. Bütün qapıların üzlərinə bağlandığını deyən təqaüdçülər maliyyə problemi səbəbindən xəstəxanalarda müayinədən keçə bilmirlər.

Aksiya iştirakçıları qeyd ediblər ki, seçki marafonu ərəfəsində 100 min iş yerinin açılacağını vəd edən Nikol Paşinyanın dedikləri özünü doğrultmadı. Bundan əvvəl olduğu kimi, indi də əhalinin böyük əksəriyyəti işsizdir. Yeni iqtidar fəaliyyətə başladıqdan sonra 50 min nəfər insan işsiz qalıb. Paşinyan hakimiyyətə gələn kimi baytarlıq və bitki sanitar xidmətlərinin fəaliyyətini dayandırıb. Nəticədə minlərlə insan işsiz qalıb.

Ermənistanın sabiq baş naziri Hrant Baqramtyan bildirib ki, işsizlik problemi ölkəni uçuruma aparır. Dövlət xidmətlərinin ləğvi 1500-ə qədər mütəxəssisin itirilməsinə, bu da aqrar sektorda əlavə problemlərin yaranmasına gətirib çıxaracaq. Bununla kiçik təsərrüfatlarla məşğul olan fermerlər hökumətin güzəştli layihələrindən kənarda qalacaqlar. Bu da qiymətlərin kəskin bahalaşması ilə nəticələnəcək.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30